XOCALI BİZİ HARAYLAYIR - Yürüşdə Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Rayon Polis Şöbəsinin əməkdaşları və qəsəbə sakinləri iştirak ediblər

XOCALI BİZİ HARAYLAYIR
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılı məcburi köçkünlər XX əsrdə dünya tarixinə Xocalı soyqırımının anım günündə ümumrayon yürüşünə çıxıblar. Yürüşdə Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Rayon Polis Şöbəsinin əməkdaşları və qəsəbə sakinləri iştirak ediblər.
Yürüş iştirakçıları səsgücləndiricilər vasitəsilə “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir!”, “Serj Sarkisyan - körpələrin qatili!”, “Serj Sarkisyan, Haaqa tribunalı səni gözləyir!”, “Məzarsız şəhidlərimizin məzar daşı bizlərik!”, “Cocuq Mərcanlıdan başlayan böyük qayıdış Xocalıda, Şuşada, Xankəndidə başa çatacaq!”, “Xocalıya çağırış var, Xocalıya qayıdış var, Xocalıya dönüş var!”, “Tökdüyünüz şəhid qanları sizin ölüm fərmanınız olacaq!” və s. çağırışlar və şüarlar səsləndiriblər.
Tədbirin əvvəlində soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon icra başçısının müavini Lamiyə Qarayeva öz çıxışında Xocalı soyqırımının erməni qəsbkarlarının azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə Azərbaycan xalqına qarşı ən dəhşətli və qanlı faciə - Xocalı soyqırımı törədilib. Həmin gecə Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edilib. Dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb, 150 nəfər itkin düşüb. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Ümummilli lider bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıb, BMT, ATƏT, Avropa Şurası, digər beynəlxalq qurumlara, habelə xarici dövlətlərə bu qətliamın gerçək mahiyyətini çatdıraraq, dünya ictimaiyyətini erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Tədbirin sonunda rayon məktəblilərinin hazırladıqları səhnəcik nümayiş etdirilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT