DSX-nın hərbi hissələrində Xocalı faciəsi anılıb

DSX-nın hərbi hissələrində Xocalı faciəsi anılıb
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan xalqının tarixinə ən qanlı faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 27-cı ildön­mü­ ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Dövlət Sərhəd Xidməti Aparatında, Sahil Mühafizəsində keçirilən tədbirlərdə və Azərbaycan İstiqlal Muzeyində, Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı muzeyində DSX hərbi qulluqçularının ekskursiyaları zamanı çıxış edənlər XX əsrin sonlarından başlayaraq erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə apardıqları etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı olaraq Xocalıda törətdikləri soyqırım aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayət kimi dəyərləndirmişlər. Bu qanlı hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 1275 nəfərin isə əsr və girov götürülməsi bəşəriyyət tarixində silinməz səhifə kimi qalacağı xüsusi vurğulanmışdır.

Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırım qurbanlarının adlarının əbədiləşdirilməsi, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilməsi və bununla bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunmuşdur.

Soyqırım hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verməsi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq müstəviyə çıxarılmasının dövlət siyasətinin mühüm istiqamətini təşkil etməsi, soyqırım nəticəsində həlak olanların xatirə­sinə böyük ehtiramın göstərilməsi və şəhid olanların ailə üzvlərinə dövlət qayğısının daha da artırıl­ması məqsədilə görülən işlər barədə tədbir iştirakçlarına ətraflı məlumat verilmişdir.

Tədbir iştirakçıları Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Fondunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə faciənin dəhşətli faktlarının və erməni millətçilərinin əsl simalarının geniş beynəlxalq ictimaiyyətə çatdırılmasıda “Xocalıya ədalət” beynəlxalq təbliğat kompaniyasının bu istiqamətdə aparılan mühüm işlərdən biri olmasını dəyərləndirmişlər.

Tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT