Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında görüş keçirilib

Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında görüş keçirilib
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri cənab Vladimir Georgiyevlə görüşüb.

Tanışlıq xarakterili görüşdə cənab Vladimir Georgiyevi təyinatı münasibətilə təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəisi DMX ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi, o cümlədən təşkilatın bir çox təsisatları arasında sıx əlaqələrin qurulduğunu məmnunluqla qeyd edib.

V.Hüseynov DMX-nin fəaliyyət istiqamətlərindən, miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə görülən əsaslı işlərdən və tətbiq edilən innovativ yeniliklərdən söhbət açıb. Bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilir, eləcə də miqrantların hüquqlarının qorunması daim diqqətdə saxlanılır.

BMT-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri öz növbəsində Dövlət Miqrasiya Xidmətinin rəisinə səmimi görüşə və təbrikinə görə təşəkkür edib. O, BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə DMX arasında əlaqələrin bundan sonra da uğurla in­ki­şa­fı na­mi­nə səy­lə­ri­ni əsir­gə­mə­yə­cə­yi­ni vur­ğu­la­yıb.

Görüşdə miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT