Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib

Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 25-də Naftalan şəhərində məcburi köçkünlərin tibbi müayinəsi keçirilib.
Tibbi aksiyanın təşkilində məqsəd məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etmək imkanı yaratmaqdır. Sağlam vətəndaş – sağlam cəmiyyət, sağlam cəmiyyət – güclü və qüdrətli dövlət deməkdir. Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritetlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün təsirli tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.
Məcburi köçkünləri müayinə etmək məqsədilə Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından ezam olunmuş 20 nəfərdən ibarət həkim briqadasının öz işini yüksək səviyyədə yerinə yetirməsi üçün Naftalan Şəhər Mərkəzi Xəstəxanasında zəruri şərait yaradılıb. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxana ötən ilin iyununda istifadəyə verilib.
Naftalan şəhərində müayinəyə burada və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər cəlb ediliblər. Bundan əvvəl məcburi köçkünlər üçün tibbi aksiyalar Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, Müşfiq qəsəbəsində, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində təşkil edilib. Belə aksiyalar digər bölgələrdə də keçiriləcəkdir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT