Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş rəsm sərgisi və toplantı keçirilib.

Toplantıdan öncə qonaqlar tələbələrin Xocalıya həsr etdiyi rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sonra faciə zamanı qətlə yetirilmiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

ATU-nun rektoru professor Gəray Gəraybəyli Xocalı faciəsini müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda yaşadığı ağır günlərdən biri kimi qiymətləndirdi: “Bu hadisənin məqsədi Azərbaycan xalqının birliyini, iradəsini qırmaq, xüsusilə dinc əhalinin apardığı mübarizəni dayandırmaqdan ibarət idi. Yalnız böyük xalqlar belə ağır hücumdan sonra özünü bərpa edə bilir, düşmənə qalib gələ bilər. Buna görə də mən əminliklə deyə bilərəm ki, biz güclü millətik”.

Xocalıda erməni vəhşiliyinin şahidi olan, qohumlarının əksəriyyəti bu faciənin qurbanı olmuş ATU-nun anatomiya və tibbi terminologiya kafedrasının professoru Mübariz Allahverdiyev həmin gecə yaşadıqlarından danışdı. O, Xocalı sakinlərinin hadisələr zamanı cəsarət nümayiş etdirdiyini bildirdi: “Ölümün gözünə dik baxa bilməyin özü hər kəsdən daxili bir güc, daxili bir cəsarət tələb edir. Xocalılar bu cəsarəti bacardılar. Öləndə də erməninin qarşısında diz çökmədilər, əyilmədilər, əqidələrindən dönmədilər”.

Toplantıda çıxış edənlər xocalılara verilən işgəncələrə baxmayaraq, onların qəhrəmanlıq adı qazana bildiklərini qeyd ediblər.

Tədir iştirakçılarına Xocalıya həsr edilmiş video material da nümayiş etdirilib.

Qeyd edək ki, 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalıda 613 nəfər şəhid olub, 487 nəfər əlil olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək erməni zülmünə, təhqir və işgəncələrə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT