Cavid Osmanov: Uğurlu siyasət nəticəsində ölkəmiz sosial-iqtisadi sahədə yüksək göstəricilər qazanır

Cavid Osmanov: Uğurlu siyasət nəticəsində ölkəmiz sosial-iqtisadi sahədə yüksək göstəricilər qazanır

“Azərbaycanda keçirilən son prezident seçkilərindən ötən bir il ərzində ölkəmizin inkişaf və tərəqqisi uğurla davam edib. Son bir il ölkəmiz üçün xüsusilə müxtəlif sahələrdə islahatların dinamikliyi və sosial sahədə inqilabi addımların atılması ilə yadda qalıb”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Cənab İlham Əliyev növbəti dəfə dövlət başçısı seçildiyi bir il ərzində Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən siyasətini qətiyyətlə davam etdirib. Onun sözlərinə görə, uğurlu siyasət nəticəsində ölkəmiz sosial-iqtisadi sahədə yüksək göstəricilər qazanır.

“Son 15 ildə milli iqtisadiyyatımız 3,3 dəfədən çox artıb ki, bu da dünya üzrə rekord göstəricidir. Əlamətdar haldır ki, son illərdə milli iqtisadiyyatımızda neftdənkənar sektorun xüsusi çəkisi getdikcə artır. Hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb. Respublikamızda reallaşdırılan islahatların mühüm bir bloku institusional sferanı əhatə edir. 2019-cu ilin əvvəlindən ölkəmizdə struktur islahatları Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daha aktiv fazaya daxil olub. Dövlət başçısı tərəfindən 14 yanvar 2019-cu il tarixində və ondan sonrakı günlərdə struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib. Eləcə də, ölkəmizdə sosial inkişaf baxımından mühüm addımlar atılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Bu gün ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox ciddi tədbirlər görülür. Bütün bunlar xalqımız tərəfindən yksək dəyərlənidirilir. Bu yaxınlarda Fransa şirkəti tərəfindən keçirilən rəy sorğusunun nəticələri də xalqın dövlət başçısına böyük inam və etimad bəslədiyini bird aha təsdiqləyir”-deyə, deputat qeyd edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT