Sahibə Qafarova: Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır

Sahibə Qafarova: Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır
"2018-ci il aprelin 11-də ölkəmizdə tam demokratik şəraitdə və beynəlxalq standartlara uyğun, azad və ədalətli keçirilən prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyəti möhtərəm Prezident İlham Əliyevə növbəti dəfə etimad göstərərək müstəqil Azərbaycan Respublikasının qarşıdakı dövrdə də sabit, dinamik inkişafına, xalqımızın rifahının davamlı yüksəlməsinə səs verdi. Xalqımızın bu seçimi kifayət qədər ciddi əsaslara söykənir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb və bu gün ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Məhz bu və Azərbaycanın hərtərəfli inkişafını ifadə edən digər möhtəşəm nailiyyətləri görən Azərbaycan xalqı da prezident seçkilərində yüksək mütəşəkkillik və fəallıq göstərərək öz Liderinə səs verdi". Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, ötən 1 il ərzində də ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirib, çox dərin məzmunlu islahatlar həyata keçirilib, sosial sferada inqilabi qərarlar qəbul olunub. Sahibə Qafarova xatırladıb ki, prezident seçkilərindən dərhal sonra ölkəmizdə iqtisadi və sosial islahatların yeni mərhələsinə start verilib. O cümlədən, iqtisadi inkişafın davamlılığını, qeyri-

neft sektorunda yeni istehsal və ixrac imkanları yaradılmasını hədəfləyən islahatlar da uğurla reallaşdırılıb. "Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesinin davam etdirilməsi, əməkhaqlarının və pensiyaların artırılması, sosial infrastruktur quruculuğunun uğurla həyata keçirilməsi, bütün ölkə boyunca yeni iş yerlərinin yaradılması və digər bu qəbildən olan tədbirlər ölkə vətəndaşlarının həyat şəraitlərinin əsaslı şəkildə yaxşılaşmasını təmin edib, vətəndaşların gəlir imkanlarının artırılmasına imkan verib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycanda reallaşdırılan sosial paketin dünyada bənzəri yoxdur. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur", - deyən millət vəkili xatırladıb ki, bu dövrdə qəbul olunan mühüm qərarlardan biri də devalvasiya nəticəsində ziyan çəkmiş vətəndaşlara dövlət tərəfindən kompensasiyaların verilməsi oldu. Dövlət çox ciddi maliyyə yükü yaratmasına baxmayaraq, cəsarətli bir addım ataraq vətəndaşlarımızın itkilərini qarşılamağı öz üzərinə götürdü. "Digər mühüm bir fakt Bakı şəhərinin Nizami rayonunda ticarət mərkəzində baş verən yanğınla bağlı sahibkarla dövlət dəstəyinin göstərilməsidir. Eyni zamanda, Novruz bayramı ərəfəsində növbəti Əfv sərəncamının imzalanması, yüzlərlə məhkumun Prezidentin bu addımından yararlanaraq azadlığına qovuşması dövlət başçımızın yüksək ideallara və humanizm prinsiplərinə söykənən siyasət həyata keçirdiyinin daha bir təsdiqidir. Bu günlərdə imzalanan Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərman da sübut edir ki, ötən bir il ərzində reallaşdırılan bütün sahələri əhatə etməklə yeni və daha yüksək keyfiyyət dəyişikliklərinə gətirib çıxarır". – deyə Sahibə Qafarova qeyd edib.

Milli Məclisin deputatının fikrincə, bütün bunlar isə həm də o gerçəkliyi ifadə edir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Azərbaycanın həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Başqa sözlə, Azərbaycanda əhalinin bütün təbəqələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT