MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 4 saylı tam orta məktəbdə şagirdlərlə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nigah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseynov şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.
RPŞ-nin əməkdaşı, polis mayoru Oktay Hacıyev erkən nigahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqətli olmalı, sağlam ruhlu fərdə çevrilməlidirlər.
Təhsil müəssisəsinin direktoru Rüfət Nəsirov isə dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı təsirdən bəhs edib. Cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları əsasən gənclərdir. Gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT