Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayonunda 6 şəhər və rayonun sakinləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayonunda 6 şəhər və rayonun sakinləri ilə görüşüb
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayonunda Mingəçevir, Naftalan, Xocalı şəhərlərinin və Ağdaş, Goranboy, Yevlax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Nazir vətəndaşlarla görüşündə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramı ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan verib. Dövlət başçısının cari ildə imzaladığı fərman və sərəncamlar nəticəsində minimum əmək haqqının və minimum pensiyanın, sosial müavinət və təqaüdlərin ciddi şəkildə artırılması təmin edilib, birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsi genişləndirilib. Bu, həmçinin problemli kreditlərin həlli, eləcə də mühüm sosial önəm kəsb edən digər tədbirlər bir daha göstərir ki, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması Prezident cənab İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir.

Qəbula gələn vətəndaşlar ölkədə sosial sahədə aparılan mühüm islahatlara, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, həssas əhali qruplarına dövlətin qayğısının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə səbəb olan fərman və sərəncamların imzalanmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı vətəndaşlar pensiya və digər sosial təminat, əlilliyin qiyimətləndirilməsi, reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilib. Bir sıra müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün tapşırıqlar verilib. Ayrı-ayrı vətəndaşların müraciətlərinə əsasən onların işlə təmin edilməsi, potensialları nərəzə alınmaqla özünüməşğulluq proqramına cəlb olunması tapşırılıb.

Nazir qeyd edib ki, Mingəçevir, Naftalan, Xocalı şəhərləri, Ağdaş, Goranboy, Yevlax rayonları üzrə nazirliyin məşğulluq orqanları vasitəsilə cari ilin birinci rübündə 2 minə yaxın şəxs münasib işlə təmin edilib. Qeyd olunan şəhər və rayonlar üzrə 2018-ci ildə əvvəlki illə müqayisədə dəfələrlə çox olmaqla 500-dək ailə özünüməşğulluq proqramına cəlb edilib. Cari ildə də proqram çərçivəsində bu şəhər və rayonlarda aztəminatlı ailələr üçün yeni kiçik ailə təsərrüfatları yaradılacaq.

S.Babayev həmçinin ölkəmizin bütün regionarında, o cümlədən bu bölgədə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini bildirib. Nazir bu il bir sıra şəhərlərdə, o cümlədən Naftalan şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini qeyd edib.

Qəbul zamanı vətəndaşların bir qismi müraciətlərinə əsasən, peşə hazırlığına, ayrı-ayrı şəxslər nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT