Kəlbəcərli vəkildən sabiq icra başçılarının söz savaşına reaksiya - ONLARIN HƏR İKİSİ...

Kəlbəcərli vəkildən sabiq icra başçılarının söz savaşına reaksiya

Xəbər verdiyimiz kimi Kəlbəcərin işğalının növbəti ildönümündə rayonun sabiq icra başçıları Sahib Əkbərov və İlham Həsənov arasında sosial şəbəkələrdə qarşılıqlı ittihamlar yayılıb.

Hər iki şəxs bir-birinə qarşı qeyri-etik ifadələrdən istifadə etməklə rayonun işğalında bir-birini günahlandırıb.

Bu arzuolunmaz polemikaya reaksiya verən əslən Kəlbəcərdən olan vəkil Əziz Qənbərov fikirlərini Gununsesi.org-a bölüşüb: “Facebook-dakı “Kəlbəcər Həsrəti” səhifəsində keçmiş icra başçıları işləmiş İlham Həsən və Sahib Əkbərov bir birlərinə qarşı kəskin ittihamlar səsləndirməsi və bu ittihamlardan öz məqsədləri üçün istifadə edən “ələkçinin qılverənləri”nin məharətlə istifadə edərək mövzunu qızışdırmaq istəməsi məni çox üzdü. Hər iki şəxs Kəlbəcərin yaxşısı və pisi ilə ən azından müstəqil qərar qəbul edən icra başçıları olub. Əl oyuncağı olmayıblar. Səhvləri olması da qaçılmazdır. Ancaq mən tam məsuliyyətlə deyə bilərəm ki, hər iki şəxs vətənini və xalqını sevən, yeri gəlsə vətən üçün canlarından keçən insanlardır. Mən Kəlbəcərlilərdən xahiş edirəm ki, bu cür təxribatlara uymasınlar, birlik lazım olduğu məqamda parçalanmalarına imkan verməsinlər! “Kəlbəcər Həsrəti”FB səhifəsinin adminindən xahiş edirəm ki, həmin statusda təxribat xarakterli rəyləri silsin!”

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT