Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində Hərbi Hissələrimizin qəhrəmanlığına dair geniş tədbir keçirilmişdir.

Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində Hərbi Hissələrimizin qəhrəmanlığına dair geniş tədbir keçirilmişdir.

2016-cı il dekabrın 20-də saat 1200-da Elm və Təhsil Mərkəzi Təfəkkür Universietində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin təşkilatı dəstəyi ilə “Qarabağ müharibəsində Hərbi hissələrimizin qəhrəmanlıqlarının torpaqlarımızın azad edilməsində rolunun gənclər arasında təbliği” adlı layihənin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Universitetin rektoru professor- Rahim Hüseynov bildirib ki, Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş şəxslərin tanıdılmasında, gənclərimizə örnək göstərilməsində təbliğata və müxtəlif tədbirlərin keçirilməsinə ehtiyac var. Onu da qeyd etdi ki, Universitetimizin 2013-cü il məzunu olan Nuranə Nəcəfovanın bu gün bizim müəssisəmizdə tədbir keçirməsi bizim üçün iki qat sevinc və fəxrdir.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri, 701 saylı hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirilib ki, o zaman Kəlbəcər uğrunda gedən gərgin döyüşlərdə Milli Ordumuzun əsgər və zabitləri böyük əzmkarlıqla vuruşaraq, özlərindən dəfələrlə üstün olan düşmən qüvvələri qarşısında mətanətlə dayanıblar.
Bu gün cəmiyyətdə Qarabağ müharibəsi zamanı aparılan döyüş əməliyyatları və onların nəticələri, hərbi hissələrin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında gənclər arasında geniş təbliğat aparılır.
Bizim qəhrəmanlıq səhifələrimizi təbliğ etmək məqsədi ilə hər bir kəs öz peşəsi sahəsində imkanlarından bacarıqla istifadə edərək Milli Ordumuzun müasir dövrdə baş verən döyüş əməliyyatlarında göstərdiyi şücaət və qəhrəmanlıqları işıqlandırmalı, sənədli və bədii filmlər, rəsmlər çəkilməli, povestlər yazılmalı, qəhramanlıq simaları yaradılmalı və əbədiləşdirilməlidir.
Bu sahədə görülən işlər ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda davam edən silahlı mübarizədə Azərbaycan Ordusunun ruhunu gücləndirir, əhalidə Ordumuza, Azərbaycan əsgərinə inam hisslərini möhkəmləndirir.
Tədbirdə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin rektor əvəzi professor Rahim Hüseynovun, AMEA- nın tarix elmləri doktoru Hacı Həsənovun, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri e.o. polkovnik Əzizağa Qəni-zadənin, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən “Qarabağ müharibəsində Hərbi hissələrimizin qəhrəmanlıqlarının torpaqlarımızın azad edilməsində rolunun gənclər arasında təbliği” mövzusunda layihənin icraçısı Nuranə Nəcəfovanın, müharibə veteranlarının çıxışları dinlənilmiş, Silahlı Qüvvələrimizin hərbi hissələrinin döyüş yoluna həsr olunmuş tarixi-xroniki qısametrajlı sənədli film göstərilib, gənclərin müharibə və qəhrəmanlıq mövzularında çəkdikləri rəsm əsərləri nümayiş olunub və " Cənab Zabitlər" adlı hərbi klip nümayiş etdirilmişdir.
Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində Hərbi Hissələrimizin qəhrəmanlığına dair geniş tədbir keçirilmişdir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
VİDEO
VİDEO - Kollecdə korrupsiya şəbəkəsi: qiymət yazılması üçün rüşvət yığılıb
Gəncə Musiqi Kollecinin sabiq direktoru Gülçin Mirzəyeva cinayət başında
Qarabağda erməni əsgəri ölüb
Qarabağda erməni əsgəri ölüb
XİA.az NEWS.am-a istinadən xəbər verir ki, fevralın 17-də Ermənistan
Bakıda “28 Mall” bağlandı
Bakıda “28 Mall” bağlandı
Azərbaycan Fövqəladə Hallar Nazirliyi sosial şəbəkələrdə və bir sıra
reklam
Baş pediatr uşaqlar arasında balansın pozulmasına görə kişiləri günahlandırıb
Baş pediatr uşaqlar arasında balansın pozulmasına görə kişiləri günahlandırıb
"Son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb
Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan
 
XİA.az - TƏQDİMAT