Qala-Pirallahı yolunun 22-23-cü km-lik hissəsi yenidən qurulur - VİDEOREPORTAJ

Qala-Pirallahı yolunun 22-23-cü km-lik hissəsi yenidən qurulur
“Azəravtoyol” ASC tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilir. Bunun üçün 25 metr enində yeni yol yatağı inşa olunur. Bundan başqa mövcud yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə karbonat materialı tökülərək kipləşdirilir.

"Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edəcək. Vətəndaşların normal və təhlükəziz hərəkəti üçün hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa olunacaq, həmçinin 2-3 metr enində ayrıcı zolaq da qurulacaq. Ümumilikdə 3300 m2 metr piyada səkisi tikiləcək, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 paqon-metr səki daşı düzüləcək. Yol boyu müasir işıqlandırma sisteminin qaraşdırılması da planlaşdırılır.

Layihəyə əsasən kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 14 yerdə müxtəlif diametrli borular, 10 ədəd kommunikasiya lyukları, bundan başqa yağış sularının yoldan kənarlaşdırılmasını təmin etmək üçün isə 10 ədəd yağış barmaqlığı qoyulacaq. Həmçinin yol boyu 480 metr uzunluğunda yeni istinad divarı inşa ediləcək.

Yol yatağının inşası bitdikdən sonra yol əsasının tikintisinə başlanılacaq. 15 sm qalınlığında və 3700 m3 həcmində qum-çınqıl qarışığından, 10 sm qalınlığında və 2500 m3 həcmdə isə optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası nəzərdə tutulub. Daha sonra yola 2 qat (7+5sm) olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən hissənin yenidən qurulması ilə Qala-Pirallahı avtomobil yolundan Pirallahı körpüsünü keçməklə Pirallahı adasına gediş-gəliş xeyli rahatlaşacaq.

Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 0-7-ci km-lik hissəsinin yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir. Bundan öncə isə yolun 7-22-ci km-lik hissəsi müasir şəkildə yenidən qurulmuşdu.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qarabağda erməni əsgəri yaralanıb
Qarabağda erməni əsgəri yaralanıb
Yanvarın 16-da saat 23:55-də Azərbaycan və Ermənistan qoşunlarının təmas
Paytaxt sürücülərinin nəzərinə!
Paytaxt sürücülərinin nəzərinə!
Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb
Yanvarın 16-da Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından
reklam
Zakir Bədəlov:
Zakir Bədəlov: - “Çovdarov dedi ki, 200 min dollar ver, yoxsa səni deportasiya etdirəcəyəm”
O, bildirib ki, 1990-cı ildən etibarən Azərbaycan Respublikasında yaşayır,
İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü
İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü
XİA.az xəbər verir ki, bu barədə olkə.Az-a eksklüziv açıqlamasında həmin
YPX əməkdaşları Gəncədə reyd keçirib - onlarla cərmələnənlər var
YPX əməkdaşları Gəncədə reyd keçirib - onlarla cərmələnənlər var
Reydlər zamanı müxtəlif yaş qruplarından olan piyadaların qayda pozduqları
 
XİA.az - TƏQDİMAT