Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində "Vətənpərvərlik hissinin yüksəldilməsində müharibə veteranlarının rolu" adlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində "Vətənpərvərlik hissinin yüksəldilməsində müharibə veteranlarının rolu" adlı tədbir keçirilib.
Dekabrın 23-də saat 11:00-da Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin yüksəldilməsində müharibə veteranlarının rolu”na həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Ordusunun şəxsi heyəti üçün həmişə əziz və dəyərli olan insanların, bütün dövrlərin müharibələrində şərəflə döyüşmüş müharibə veteranlarının keçdikləri döyüş yolu həm vətənin müdafiəsinə hazırlaşan gənc, həm də hərbi xidmət keçən hər bir əsgər üçün əsl qəhrəmanlıq məktəbidir. Hərb tariximizə nəzər salsaq bütün müharibələrdə və ən yeni hərb tariximizdə baş vermiş döyüş əməliyyatlarında hərbçilərimizin çoxlu sayda kütləvi qəhrəmanlıqlarından danışa bilərik.
Gənc nəslin vətənpərvərlik ruhunun artırılmasında hərbi xidmətin əvəzedilməz rolu var. Ordu dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısıdır. Eyni zamanda, ordu beynəlxalq sülhü möhkəmləndirmək, fəlakətlər zamanı yardım etmək, müstəsna hallarda daxili təhlükəsizlik məsələlərini həyata keçirmək missiyasını həyata keçirir. Deməli, ordu təkcə dövlətin ərazisini, müstəqilliyini, suverenliyini deyil, həm də bütövlükdə cəmiyyəti qorumaqla dövlətin tərkibində olan ən vacib struktur olduğunu sübuta yetirir.
Cəmiyyətin vətənpərvərlik, dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda böyüməsində müharibə veteranları mühüm rol oynayır. Bu gün ön cəbhədə psixoloji və fizioloji hazırlığa malik, döyüş hazırlığı yüksək olan şəxslərin yerləşdirilməsi düşmənin hiyləgər planlarının qarşısının alınması, döyüşlərdə itkilərimizin minimuma endirilməsi baxımından çox faydalıdır. Müharibə iştirakçıları Azərbaycanın ictima-siyasi həyatında fəal iştirak edir, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəmirlər. Təcrübəli döyüşçülərin, müharibə gedən ərazini dərindən tanıyan şəxslərin ön xətdə olması ordu üçün çox önəmli haldı. Ancaq 18-20 yaşlı gənc əsgərlərin bir çoxu qarşı tərəfin döyüş qabiliyyəti haqqında müharibə veteranları kimi geniş məlumata malik deyillər.
Gənc əsgərlər müharibə qanunlarını keçmiş döyüşçülər qədər dərindən bilə bilməzlər. Bu mənada Qarabağ müharibəsi veteranlarının təcrübəsindən istifadə edilməsinin müsbət cəhətləri var. Xüsusilə o baxımdan ki, keçmiş döyüşçülərdə döyüş ruhu, döyüş əzmi yüksəkdir.
Əsgər, zabit və kursantların döyüş ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb edən belə tədbirlərin keçirilməsi xüsusilə əhəmiyyətlidir. Onların həyata keçirdiyi əməli iş ordumuzda xidmət keçən əsgər və zabitlərə cəmiyyətə ruh verir. Müharibə veteranlarının müntəzəm olaraq cəbhə bölgələrində olaraq Vətən müdafiəçilərinin qarşısında təbliğat aparması, onlara bir dayaq , arxa olduqlarını hiss etdirmələri əsgərlərdə onlara qarşı rəğbət və inamı artırır. Təşkil olunan tədbirlərdə keçmiş döyüşçülər düşmənlə təmas xəttindəki mövqelərdə bir yerdə olmağa, gənc əsgərlərə dayaq olmağa hazır olduqlarını həmişə bəyan ediblər.
Hər bir azərbaycanlının ən ümdə borcu bu gün işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün bacarığını əsirgəməməsidir. Son illər Azərbaycanda güclü ordu quruculuğu istiqamətində atılan uğurlu addımlar bizim bu vəzifənin öhdəsindən şərəflə gələcəyimizə olan inamı daha da artırıb. Aprel döyüşlərində Azərbaycan əsgəri düşmənə sarsıdıcı cavab zərbəsi endirərək xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifə yazdı. Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Veteranlar həmin hadisələrlə əlaqədar olaraq ön cəbhədə əsgər və zabitlərimizlə çiyin-çiyinə oldular və yaşlarının bu çağında da düşmənlə vuruşmağa hazır olduqlarını sübut etdilər. Bu qəti mövqe həmin hadisələrdən əvvəl də, sonra da birbaşa cəbhə xəttində olan hərbçilərimiz qarşısında dəfələrlə səsləndirilib, gənclərimizin döyüş ruhunu daha da artırıb.
Düşmənin qüvvələri eşidəndəki müharibə veteranlarımız cəbhə bölgələrindədirlər vahiməyə düşüblər və bilirlər ki, döyüş başlasa onlar məhv olacaqlar.
Biz veteranlar Ümummilli lider Heydər Əliyev idealarına, xalqına, dövlətinə, prezidentinə, Ali Baş komandanına həmişə sadiq olaraq torpaqlarımızın azad olunması naminə bütün əmrlərə sözsüz tabeyik. Veteranlar bundan sonra da Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda onların mübarizəyə hazırlanmasında səylərini əsirgəməyəcəkdir. Milli Ordumuzun əsgər və zabit heyəti bilsin ki, müharibə keçmiş zabitlərimiz daim onların yanındadır.
Tədbirdə Silahlı Qüvvələrin Hərbi hissələrinin Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqların qazanılmasında müharibə veteranlarının roluna həsr olunmuş məruzələr dinlənildi, Qarabağ və Əfqanistan müharibəsinin iştirakçısı, e.o.polkovnik Əzizağa Qəni-zadə, e.o.polkovnik Xətai Baxışov, e.o. polkovnik-leytenant Nazim Bayramov, e.o. polkovnik-leytenant Abuzər Əbilov, e.o. polkovnik-leytenant Qurban Qurbanov, e.o.mayor Qabil Allahyarov, e.o.mayor Oruc Məmmədov, e.o.çavuş Firudin Məmmədov və digər tədbir iştirakçıların çıxışları dinlənilmişdir.
Tədbirin sonunda müharibə veteranları Müharibə Veteranları və Beynəlmilləçi Hərbçilər İctimai Birliyi tərəfindən fəxri fərmanla mükafatlandırılmışdırlar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qarabağda erməni əsgəri yaralanıb
Qarabağda erməni əsgəri yaralanıb
Yanvarın 16-da saat 23:55-də Azərbaycan və Ermənistan qoşunlarının təmas
Paytaxt sürücülərinin nəzərinə!
Paytaxt sürücülərinin nəzərinə!
Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb
Yanvarın 16-da Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından
reklam
Zakir Bədəlov:
Zakir Bədəlov: - “Çovdarov dedi ki, 200 min dollar ver, yoxsa səni deportasiya etdirəcəyəm”
O, bildirib ki, 1990-cı ildən etibarən Azərbaycan Respublikasında yaşayır,
İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü
İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü
XİA.az xəbər verir ki, bu barədə olkə.Az-a eksklüziv açıqlamasında həmin
YPX əməkdaşları Gəncədə reyd keçirib - onlarla cərmələnənlər var
YPX əməkdaşları Gəncədə reyd keçirib - onlarla cərmələnənlər var
Reydlər zamanı müxtəlif yaş qruplarından olan piyadaların qayda pozduqları
 
XİA.az - TƏQDİMAT