Növbəti ildə sosial cəhətdən həssas əhali qruplarının gəlirlərinin azalmasının qarşısının alınması üçün müvafiq addımların atılması təmin olunacaq

Növbəti ildə sosial cəhətdən həssas əhali qruplarının gəlirlərinin azalmasının qarşısının alınması üçün müvafiq addımların atılması təmin olunacaq

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial inkişaf kursu, dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, dövlət proqramları ölkəmizin hərtərəfli inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanlar üçün etibarlı sosial müdafiə sisteminin qurulmasını təmin edib. Bunun nəticəsi olaraq hazırda respublika əhalisinin təxminən 26 faizi və ya 2,5 milyon nəfərdən çoxu sosial təminat sistemi ilə əhatə olunur.
Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 milyon 312 min nəfərə əmək pensiyası, 506,1 min nəfərə müxtəlif növ müavinətlər və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilir. Sosial təminat sisteminin mühüm bir istiqaməti də aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsi üçün onların ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunmasıdır. Hazırda ölkəmizdə 162 min ailənin 707 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin ötən dövründə də qeyd olunan sosial ödəniş növlərinin artırılması yönündə növbəti addımlar atılıb.
Ümumilikdə sosial sahəyə Prezident qayğısının əyani təsdiqi olaraq, dövlət büdcəsindən sosialyönümlü xərclərə yönələn vəsaitlərin ildən-ilə artımı müşahidə edilir. Son illərdə də bu tendensiya davam edib və bu istiqamət üzrə 2014-cü ildə əvvəlki illə müqayisədə 9,9 faiz, 2015-ci ildə 2014-cü illə müqayisədə 3,4 faiz, 2016-cı ilin 9 ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çox vəsait yönəldilib. Qeyd olunanlarla yanaşı, sosial təminat sisteminin daha bir komponenti olaraq, ölkəmizdə 15 min nəfər insana (o cümlədən 1 102 nəfər insana sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11 855 nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada, sağlamlıq imkanları məhdud uşaqlardan və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlardan ibarət 2046 nəfərə sosial sifarişlər üzrə layihələr çərçivəsində) sosial xidmətlər göstərilir.
Sosial təminat sisteminin yönəldiyi əhali qruplarının əhatə dairəsi də genişlənib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar nəticəsində son illərdə beşdən çox uşağı olan ailələrdəki uşaqların da aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan birinci qrup əlillərin, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş şəxslərin, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin də Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edilməsinə başlanılıb. Təsadüfi deyil ki, Dünya Bankının ekspert qrupu Azərbaycanın sosial müdafiə sistemini geniş əhatəliliyi ilə seçilən, əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, onların gəlirlərinin artırılmasında önəmli rol oynayan bir sistem kimi dəyərləndiriblər.
Sosial cəhətdən həssas əhali qruplarının yaşayış səviyyəsi növbəti il də diqqətdə saxlanacaq və Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdiriləcək, ailə gəlirlərinin azalmasının qarşısının alınmasında müvafiq addımların atılması təmin olunacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti Enrike Penya Nyeto ötən gün Mexikodakı iqamətgahında
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD terrorçuları Suriyanın Əl-Bab şəhərini tərk etməyə qərar veriblər.
VİDEO
VİDEO - Üzünü göstərmir, kimliyini də demir, amma 300 manata onlayn fala baxır
Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edir. Hətta üzləri
reklam
"Mehriban Əliyevanın təyinatı xalqımızın ürəyindəndir" - Fəttah Heydərov
F. Heydərov bildirib ki, Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə
Masallıda molla həbs edildi
Masallıda molla həbs edildi
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT:
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: - 96 yaşlı qadını zorladı
Zorlama və quldurluqda ittiham olunan 1969-cu il təvəllüdlü Zaqatala rayon
 
XİA.az - TƏQDİMAT