Göyçayda piyadaların həyatı təhlükədədir

Göyçayda piyadaların həyatı təhlükədədir
Göyçayda piyadaların həyatı təhlükədədir. Belə ki, Göyçay şəhəri, H.Əliyev prospektində yeraltı keçid əsaslı təmir olunub, istifadəyə verilib. Lakin yeraltı keçidin girişində dəmir barmaqlıqlardan qapı quraşdırılmış, qapının ağzı isə qıfılla kilidlənmişdir. Bununlada piyadaların həyatı üçün təhlükəli vəziyyət yaranmışdır. Burada piyada əvəzinə zibil qalıqlarına rast gəlmək mümkündür. Keçidin içərisində isə siqaret kötükləri və şüşə qablarının sayı-hesabı yoxdur. Bu vəziyyətdən yalnız heyvanlar razıdır. Hansı ki, buranı özünə məskən seçmişdir.

Qanunvericilikdə Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni nizamlayıcının işarələrinə riayət edilməməsinə görə piyadalara 20 manat məbləğində cərimə cəzası nəzərdə tutulub. Lakin bizdə vəziyyət başqadır. Əslində keçidi bağlayanlar cərimələnməlidir. Çünki İnzibati Xətalar Məcəlləsində yeraltı keçidlərdən piyadaların hərəkətinə maneələr yaradılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur.

Düzdür bəzən bu keçidlərdən istifadə etməməkdə piyadaları günahlandırırıq. Amma Göyçayda piyada keçidlərinin mövcud vəziyyətini gördükdə sakinlərin ondan istifadə etməməkdə haqlı olduğu qənaətinə gəldim.

“Yeraltı piyada keçid vasitəsilə gediş-gəliş intensivdir. Yeraltı keçidin girişində dəmir barmaqlıqlardan quraşdırılmış qapı sökülsün, imkan daxilində keçid təmir olsun, işıqladırma sistemi bərpa edilsin. Yeraltı piyada keçidə təyinatı üzrə fəaliyyət göstərməsi üçün aidiyyəti qurumlar tərəfindən nəzarət olunsun. Gecələr keçidin işıqları yanmır”, – deyə Göyçay şəhər sakinləri bildirir.

Məndən yazmaq, ümid edirəm aidiyyəti qurumlar tərəfindən yeraltı keçiddən istifadəyə qoyulmuş məhdudiyyətlər aradan qaldırılar.

Hüquq müdafiəçisi Rahim Bayramov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti Enrike Penya Nyeto ötən gün Mexikodakı iqamətgahında
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD terrorçuları Suriyanın Əl-Bab şəhərini tərk etməyə qərar veriblər.
VİDEO
VİDEO - Üzünü göstərmir, kimliyini də demir, amma 300 manata onlayn fala baxır
Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edir. Hətta üzləri
reklam
"Mehriban Əliyevanın təyinatı xalqımızın ürəyindəndir" - Fəttah Heydərov
F. Heydərov bildirib ki, Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə
Masallıda molla həbs edildi
Masallıda molla həbs edildi
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT:
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: - 96 yaşlı qadını zorladı
Zorlama və quldurluqda ittiham olunan 1969-cu il təvəllüdlü Zaqatala rayon
 
XİA.az - TƏQDİMAT