Deputat məişət zorakılığı ilə bağlı çağırış etdi

Deputat məişət zorakılığı ilə bağlı çağırış etdi
Millət vəkili Q.Paşayeva Milli Məclisdə aliment almaqda problemlə qarşılaşan qadınların məsələsini qaldırıb və məişət zorakılığı ilə bağlı daha böyük mübarizəyə çağırıb.
Gununsesi.info-nun məlumatına görə bu gün Milli Məclisdə bir sıra qanunlara əlavə və dəyişikliklərin müzakirəsi zamanı alimentlərin alınması isə bağlı məhkəmə qərarlarının dərhal icra edilməsi məsələsi ilə bağlı çıxış edən millət vəkili Q.Paşayeva bu dəyişikliyi dəstəklədiyini deyib və bildirib ki, alimentlərlə bağlı məhkəmə qərarlarının icrasındakı problemlərin həllini tapması çox vacib addımdır və bu istiqamətdə məhkəmə qərarları dərhal yerinə yetirilməlidir.
Millət vəkili Qənirə Paşayeva məhkəmə qərarı ilə övladlarına görə ona təyin olunmuş alimenti almaqda ciddi çətinliklərlə üzləşən yüzlərlə qadının problemini parlamentdə qaldıraraq bu istiqamətdə boşanmalar zamanı kiçik yaşlı övladları ilə tək qalan və ciddi maddi çətinliklərlə üzləşən qadınlara dəstək göstərilməsi istiqamətində daha çox addımlar atmağın vacibliyini diqqətə çatdırıb. O bildirib ki, bu gün yüzlərlə qadın məhkəmələrin qərarı ilə kiçik yaşlı övladları üçün ona təyin olunan alimenti almaqda ciddi problemlərlə üzləşir, süründürməçiliklə, süni əngəllərlə qarşılaşırlar və çox çətinliklərlə üzləşərək millət vəkillərinə, dövlət qurumlarına müraciət edərək onlara kömək göstərilməsini xahiş edirlər. Məhkəmə qərarlarının icrasında olan işlər arasında alimentlər böyük yer tutur deyən millət vəkili Q.Paşayeva bildirib ki, bu dəyişiklik bu istiqamətdə problemləri azalda bilər, amma bu məsələ daim diqqət mərkəzində olmalıdır.
Millət vəkili Q.Paşayeva məişət zorakılığı ilə bağlı zərərçəkənlərin müdafiəsinin daha da gücləndirilməsi istiqamətində qanunvericilikdə edilən dəyişikliklərlə də bağlı çıxış edərək bildirib ki, məişət zorakılığına, qadınlara qarşı zorakılıqla sərt mübarizə aparmalıyıq. Son dövrlərdə bu istiqamətdə artan problemlərə diqqət çəkən millət vəkili Q.Paşayeva bildirib ki, məişət zorakılığına, fiziki zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarına müraciət edən kimi dərhal tədbirlər görülməlidir. Bəzən bu tədbirlərin gecikməsi nəticəsində bir qadın həyatını itirə bilir. Millət vəkili Q.Paşayeva Tovuz rayonunda bu yaxınlarda bir qadının həyat yoldaşı tərəfindən hamının içərisində qətlə yetirilməsi faciəsini xüsusi vurğulayaraq bu cür ağır hadisələr bir daha göstərir ki, qadınlara qarşı fiziki zorakılıq təhdidləri, əməlləri ilə bağlı məhz təcili tədbirlər görülməli, vaxt itirilmədən addımlar atılmalıdır.
Millət vəkili Q. Paşayeva bir müddət əvvəl Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin qadın sığınacağında qadınlarla görüşdüklərini vurğulayaraq bir sıra qadınların öz övladları ilə yaşadığı acı taledən danışıb. Təşkilat bəzi uşaqları məktəbə göndərməkdən belə narahatlıq duyur, çünki ata ananı və onunla birlikdə övladlarını da öldürəcəyi ilə hədələyir. Bəzi qadınlar çölə çıxarlarsa, həyat yoldaşları tərəfindən təkrar fiziki təzyiqlərə məruz qalacaqlarından ehtiyat edirlər və s. Məişət zorakılığı ilə bağlı xəbərlərin artması bizim hamımızı ciddi narahat etməlidir və buna qarşı mübarizə istiqamətində daha çox addımlar atmalıyıq deyən millət vəkili Q. Paşayeva qanunvericilikdə edilən dəyişikliyin bu cür insanların daha çox qorunmasına dəstək olmağa xidmət edəcəyini vurğulamaqla yanaşı ailədaxili, qadınlara qarşı zorakılığın artması halları ilə bağlı çox ciddi tədbirlərin artmasına ehtiyac olduğunu xüsusi vurğulayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT