"Paralel dünyalar" müəmması..

"Paralel dünyalar" müəmması..
Müasir elmi görüşlər, paralel kainatların mümkün, hətta zəruri olduğunu ortaya qoyur
Aparılan araşdırmalara görə, insanların üçdə ikisi həyatları boyunca ən az bir dəfə bir anı daha əvvəldən yaşamış və ya görmüş olduğu duyğusuna qapılır. Hesab edirəm ki, siz də onlardan birisiniz.

"Deja vu" nədir?

"Deja vu" yaşanılan bir hadisənin daha öncədən baş verdiyini hiss edə bilmə duyğusudur. Qısa olaraq "Deja vu", bir anın daha əvvəldən yaşamışlıq halıdır. Yaşanılan bir hadisəni daha öncədən yaşamış və ya görülən bir yeri daha öncədən görmüş olma duyğusu, bir çox adamda yaşanmaqda davam edir.

"Bu anı daha əvvəl yaşamışdım ...", "Bura daha əvvəl gəlmişdim...", "Bu hadisəni yuxumda görmüşdüm..." - Bu cümlələr saysız insanın istifadə etdiyi qeyri-adi bir hadisəni izah edir. "Deja vu" sanki bizə bir şeyləri təkrar-təkrar yaşadır.

Bu hissə kimlər daha çox qapılır?

Bəzi epilepsiya xəstələrinin vəziyyətlərinin pisləşmələrindən əvvəl "Deja vu" hissi yaşamış olmaları maraqlı bir məlumatdır. Hətta bəzi həkimlər "Deja vu" hissi yaşayanların səhhətində problemlər olduğunu və həkimə müraciət etmələri lazım olduğu deyirlər. Lakin beyin dalğaları ilə əlaqədar məlumatlara baxdığımızda maraqlı bir həqiqətlə qarşılaşırıq. Əslində elmi baxımdan məsələnin şərhi olduqca sadədir. Səbəb beynin sağ və sol yarımkürələrinin millisaniyədən də daha kiçik bir zaman fərqi ilə çalışmasıdır. Tərəflərdən biri informasiyanı digər tərəfə nisbətdə daha tez qəbul etdiyi üçün insan həmin anı daha öncə yaşamış kimi başa düşür. "Deja vu"nun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır, lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin, yaşlılarda isə beyin pozuntusunun xəbərçisi ola bilər.

"Paralel dünyalar" versiyası

Bir çox insan "Deja vu" effektini psixi bir təcrübə olaraq qəbul edir. Bəzilərinə görə isə bunlar əvvəlki həyatlarımızın dəvətsiz çıxıb gələn ani kadrlarıdır.

Son illər artıq daha çox səsləndirilən "Kəndir nəzəriyyəsi"nə (string theory) görə, insan övladının fərqində olmadığı və ya qəbul edə bilmədiyi paralel kainatlar var. Bu nəzəriyyəyə görə, biz bir başqa kainatda var olan insanın kopyasıyıq.

Lakin bu nəzəriyyələr bizə qavraya bilməyəcəyimiz qədər yaddır. Elm hələ o kainatları müəyyənləşdirəcək səviyyədə deyil.

Müasir elmi görüşlər, paralel kainatların mümkün, hətta zəruri olduğunu ortaya qoyur. Dördüncü ölçü anlayışı bunların 'harada' ola biləcəyini ifadə etməkdədir. Eynşteynin "qara dəlik"lə bağlı işləri də paralel kainatların Eynşteyn-Rosen körpüləriylə necə bir-birinə bağlana biləcəyini göstərməkdədir. Sonsuz həddə iki ölçülü kainatın vizual olaraq xəyal edilə bilməsi kimi, birdən çox üç ölçülü kainat da ola bilər. Bunların hər biri sonsuz böyüklükdədir, amma bir dördüncü, hətta beşinci ölçüdə bir-birlərindən ayrılarlar. Bizimkiylə birlikdə mövcud olan ayrı bir dünya anlayışı, kosmosda bir dördüncü ölçünü tələb etməkdədir. Amma üç ölçülü beynimizin belə bir anlayışı vizual olaraq xəyal etməsi qeyri-mümkündür.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT