Pasport rənglərinin önəmi

Pasport rənglərinin önəmi
Hər ölkənin vətəndaşları müxtəlif rəngdə olan pasport daşıyır. Bu pasportları xarici ölkələrə gedərkən xüsusən aeroportdakı növbələrdə insanların əllərində görmüsünüz. Bəs pasportların rənginin fərqli olmasının səbəbləri ilə heç maraqlanmısınızmı?
Rənglərin nəyə əsasən seçilməsini dünya ölkələrinin pasportlarının interkativ bazası olan Passport İndex açıqlayıb.
Dünya ölkələrini pasportları əsasən 4 rəngdə - qırmızı, göy, yaşıl və qara olur. Hökumətin üstünlük verdiyi rəngin səbəbləri müxtəlifdir. Ancaq qərarın əsasında çografi, tarixi və siyasi motivlər dayanır.
Qırmızı rəng Avropa Birliyi ölkələri üçün seçilir. Göy çalarlı pasportlar isə Karib dənizi ölkələrinin vətəndaşları üçündür. Keçmiş kommunist ölkələri isə əsasən tünd zoğalı rəngə üstünlük verib. Tünd göy “yeni dünyanı” simvolizə edir. Bu rəngə Şimali və Cənubi Amerika və Okeaniya ölkələrinin hökumətləri üstünlük verir.
Bir çox ölkələrdə isə pasport rəngi etiqadla bağlıdır. Bir çox islam ölkələrində pasportlar yaşıl üzlüklü olur. Yaşıl rəngin Məhəmməd peyğəmbərin sevimli rəngi olduğu deyilir. Bu rəng təbiəti, həyatı simvolizə edir.
Bəzi ölkələrdə isə pasport rəngi millətin fərdiliyi və birbaşa gələcək hədəfləri ilə bağlıdır. Türkiyə Avropa Birliyinə daxil olma arzusunu 2010-cu ilə pasportların rəngini dəyişməklə də dünyaya bəyan edib. İndi bu ölkənin vətəndaşlarının pasportları qırmızı rəngdədir. Bəzi ölkələr isə pasporta rəng seçərkən onun daha asan əldə edilməsinə diqqət yetirirlər. Pasport buraxılışı çox çətindir və standartlara uyğun aparılmalıdır. Pasportun cildinin rəngini dəyişmək o qədər də asan deyil.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda gecə klubunda qan töküldü
Bakıda gecə klubunda qan töküldü
Ötən gecə Bakının Nizami rayonu, metronun “Neftçilər” stansiyası
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
Yəməndə iki ildir davam edən silahlı münaqişə nəticəsində ölənlərin sayı
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək
reklam
Sabaha olan hava proqnozu:
Sabaha olan hava proqnozu: - Çətirlərinizi götürməyi unutmayın
Bakı və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu
Ermənilərin növbəti təxribatı:
Ermənilərin növbəti təxribatı: - Mövqelərimiz “Şmel” odsaçandan atəşə tutulub – FOTO
Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev Davosa səfəri şərçivəsində bir sıra görüşlər
 
XİA.az - TƏQDİMAT