Kişilərin bakirəliyinə önəm verənlər də var

Kişilərin bakirəliyinə önəm verənlər də var
Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, bizdə belə bir yanaşma var: "Kişi müəyyən yaşdadırsa, mütləq o, artıq bakirə deyil. Az da olsa, kişilərin bakirəliyinə önəm verənlər var".
V.Rəşidovanın fikrincə, kişilərin münasibətlərdə çox sərbəst olması ailədən gəlir: ""Sən oğlansan, sənə hər şey olar! Sən kişisən, özün bilərsən" kimi ifadələrlə tərbiyə gələcəkdə kişinin öz əxlaqına önəm verməməsi ilə nəticələnir. "Kişisənsə, eybi yoxdur, sənə hər şey olar. Amma xanımlara olmaz" psixologiyası ilə formalaşan oğlan uşağı, təbii ki, bakirəliyinə önəm verməyəcək. Ona görə ki, ona uşaqlıqdan aşılayıblar ki, sənə hər şey olar.
Əslində bakirəliyə fikir verməyən kişinin günahı yoxdur. Niyə yoxdur? Ona görə ki, onu o cür formalaşdırıb cəmiyyətə salıblar. Bu gün kişilərin nikaha qədər təmiz olmalarına, əlbəttə ki, önəm verməyəcəklər. Bunu tələb edən qadınlar da azdır. Bizim ailələr verdikləri tərbiyə modelində kişi üçün də bakirəliyin önəmli olduğunu formalaşdırsalar, bunun tərəfdarları artar".
Oğlanları vaxtında evləndirin
"Fikir verin, kişilər daha gec ailə qurmağa başlayıblar. Vaxtı çatanda artıq qadınla münasibətlərini yaşamalıdırlar. Valideynlər öz məsuliyyətlərini dərk edib oğul övladlarını zamanında evləndirsələr, bu problem yaşanmayacaq. Zina edən kişilər azalacaq", - deyə psixoloq bildirib.
Rəşidova deyib ki, kişilər qədər qadınlar da əxlaqsızlıq edirlər: "Bu gün cəmiyyətdə belə bir fikir formalaşıb ki, kişilər daha çox xəyanət edir, kişilər daha çox zina edirlər. Mən belə düşünmürəm, kişi ilə bərabər qadın da xəyanətkardır. Əgər kişi xəyanət edirsə, onu tək etmir ki, hansısa bir xanımla edir. Deməli, xəyanət edən kişi ilə bərabər, bunu edən qadın da var. Kişi bakirəliyini qorumur, qadınlar qoruyur kimi yanaşma disbalans yaradır.
Kişilər və qadınlar arasında neçə yaşı olur-olsun bakirəliyini mütləq qoruyanlar var. Sadəcə insanlar buna birtərəfli yanaşırlar. Çox qabardırlar ki, kişilər xəyanət edir, istədiklərini edirlər. İstədiklərini etməyən, özlərinə dəyər verən, ailə strukturlarını, ailə tabularını qoruyan kişilər də var. Bir nəfərə görə bütün insanlara yanaşmaq olmaz.
Əksəriyyət belə düşünür ki, kişi bakirəliyi vacib deyil. Amma elə adamlar var ki, onlar üçün kişi bakirəliyi həddindən artıq vacibdir. Bu da ailə tərbiyəsindən irəli gəlir".
Şəxsi münasibətlərə erkən maraq təhlükəlidir
Onun sözlərinə görə, münasibətlərə erkən maraq göstərən insanlar üçün bakirəlik önəm daşımayacaq: "İş təcrübəmdə belə hadisələrlə rastlaşıram ki, 6-7 yaşı olan uşaqlar yaşına uyğun olmayan filmlərə baxıblar. Əlbəttə ki, onun üçün gələcəkdə bakirəlik anlayışı olmayacaq. Valideyn buna nəzarət etməlidir.
Yeniyetmənin düzgün formalaşmasına diqqət yetirilməlidir ki, sabah şəxsi münasibətlərə erkən maraq oyanmasın. Təəssüf olsun ki, yeniyetmələri heç demirəm, bu gün uşaqlarda erkən şəxsi həyata meyl həddindən artıq çoxdur.
Erkən şəxsi həyata meyl sevgi doyumsuzluğundan da irəli gəlir. Valideynlər öz övladlarının gələcəyi üçün ciddi düşünməlidirlər. Övladları ilə çox zaman keçirtməli, onları sevgi ilə əhatə etməlidirlər. Övlad sevgi doyumsuzluğu yaşayırsa, pis yollara istiqamətlənər. Burada SOS vəziyyət yaranır. Məsələn, oğlanlar erkən münasibətlərə başlayır, özündən yaşda böyük xanımlarla münasibət qururlar".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda gecə klubunda qan töküldü
Bakıda gecə klubunda qan töküldü
Ötən gecə Bakının Nizami rayonu, metronun “Neftçilər” stansiyası
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
Yəməndə iki ildir davam edən silahlı münaqişə nəticəsində ölənlərin sayı
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək
reklam
Sabaha olan hava proqnozu:
Sabaha olan hava proqnozu: - Çətirlərinizi götürməyi unutmayın
Bakı və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu
Ermənilərin növbəti təxribatı:
Ermənilərin növbəti təxribatı: - Mövqelərimiz “Şmel” odsaçandan atəşə tutulub – FOTO
Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev Davosa səfəri şərçivəsində bir sıra görüşlər
 
XİA.az - TƏQDİMAT