Zəyəmçay üzərində yerləşən qəzalı körpü bərpa edildi - VİDEO


Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müvafiq işlər aparılaraq yekunlaşdırılıb.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.


Bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən körpünün hər iki tərəfində 50 metr uzunluğunda, 9 metr hündürlükdə mühafizə və yeni sutənzimləyici qurğular inşa edilib. Bundan başqa körpünün yerləşdiyi ərazidə çay məcrasında su axınının sürətini azaltmaq məqsədi ilə dərinlik boyu hündürlüyü 1.2 metr artırılmaqla və örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılıb, 6 pilləvari qurğu inşa edilib. Qurğuların hündürlüyü 22 metr, ümumi uzunluğu 60 metr, eni isə 118 metrdir. Həmçinin körpünün dayaqlarının qorunması üçün 110 metr uzunluğunda, 90 metr enində dəmir-beton konstruksiyadan ibarət xüsusi qoruyucu sahə inşa edilib, körpünün yerləşdiyi ərazinin giriş və çıxış hissələrində 6 metr dərinlikdə, 800 mm diametrində 76 ədəd bərkidici svay vurulub.

Xatırladaq ki, cari ilin iyun-iyul ayları ərzində Şəmkir rayonu ərazisində aramsız yağan yağışlardan əmələ gələn sel suları nəticəsində yuyulma baş vermiş və körpü qəzalı vəziyyətə düşmüşdü. Belə ki, diametri 1.2 m-lik svay özül üzərində inşa edilmiş körpüdə məcrada baş vermiş eroziya nəticəsində dəmir-beton örtüklü körpüaltı məcranın aşağı hissəsində 6.6 metr dərinlikdə yuyulma prosesi baş vermiş və saxlayıcı diş və dəmir-beton konstruksiyasının bir hissəsi dağılaraq qəzalı vəziyyətə düşmüşdü.

2011-ci ildə inşa edilmiş 3 aşırımlı körpünün uzunluğu 96.3 metr, eni 11.5 metr, çay məcrasından hündürlüyü isə 11 metrdir. Zəyəmçay üzərində inşa edilən körpü 377 min nəfər əhalinin yaşadığı Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpüdür və alternativ yol yoxdur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda gecə klubunda qan töküldü
Bakıda gecə klubunda qan töküldü
Ötən gecə Bakının Nizami rayonu, metronun “Neftçilər” stansiyası
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
Yəməndə iki ildir davam edən silahlı münaqişə nəticəsində ölənlərin sayı
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək
reklam
Sabaha olan hava proqnozu:
Sabaha olan hava proqnozu: - Çətirlərinizi götürməyi unutmayın
Bakı və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu
Ermənilərin növbəti təxribatı:
Ermənilərin növbəti təxribatı: - Mövqelərimiz “Şmel” odsaçandan atəşə tutulub – FOTO
Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev Davosa səfəri şərçivəsində bir sıra görüşlər
 
XİA.az - TƏQDİMAT