Zakir Qaralov: - Dövlətə 202 milyon 430 min manat maddi ziyan vurulub

Zakir Qaralov:
“Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi dövlət və özəl sektorun 298 vəzifəli şəxsi barəsində 182 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərib”.

Xia.az “Report”-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluqda 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov deyib.

O bildirib ki, həmin işlər üzrə vurulan 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Z.Qaralov eyni zamanda qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilib, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan-İran sərhədində insident
Azərbaycan-İran sərhədində insident
Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Goranboy rayonunun Şəfibəyli
reklam
Bakıda özünü dənizə ataraq intihar edən şəxs 4 uşaq atası olub
Bakıda özünü dənizə ataraq intihar edən şəxs 4 uşaq atası olub - VİDEO
Dünən depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə
Mikayıl Müşfiqin heykəli bərpa olunaraq, yerinə qoyulub
Mikayıl Müşfiqin heykəli bərpa olunaraq, yerinə qoyulub - VİDEO
Mikayıl Müşfiqin heykəli yerinə bərpa olunub. XİA.az xəbər verir ki, bu
İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə
 
XİA.az - TƏQDİMAT