Kəlbəcər rayon tarix-diyarşünasliq muzeyi

Kəlbəcər rayon tarix-diyarşünasliq muzeyi

Kəlbəcər rayon tarix-diyarşünasliq muzeyi 1982-ci ildə Kəlbəcər şəhəri, Molla Vəli Vidadi küçəsində yerləşən gözəl daş mozaika ilə bəzədilmiş ayrıca binada fəaliyyətə başlamışdı. Həyəti 900 kv.metr olan muzeyin binası bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan ibarət idi. 30 mindən çox eksponatı оlan fond da muzeydə saxlanılırdı.

Regionun təbii daş xəzinəsinin 10 min rəng çaları olan daş nümunələri muzeydə toplanmışdı. Geologiya, arxeologiya və səs muzeyi adlandırılan bu muzeyin çöl divarlarını 2000-dən artıq rəng çaları olan daşlar bəzəyərək ətraf aləmlə sanki sintez yaradırdı. Bu dünyada yeganə müzey idi ki, rayon ərazisində olan bütün dağ suxur nümunələri sərgilənirdi. Burada ağac və bitki nümunələri, qayaüstü təsvirlər, daşdan qəbirüstü qoç və at abidələri, nəhəng bəzir daşları və digər daş nümunələri, arxeoloji qazıntı nəticəsində aşkar edilmiş çoxlu mədəni-məişət əşyaları diqqəti cəlb edirdi. Zəngin muzeydə 10 minə yaxın kitab fondu olan kitabxana fəaliyyət göstərirdi.

Muzeydə Azərbaycanın bir çox tanınmış görkəmli şəxsiyyətlərin maqnitofon lentlərinə yazılmış səsləri toplanmışdı. Burada xalq şairi Səməd Vurğunun, akademik Mirəli Qaşqayın, görkəmli yazıçılar Süleyman Rəhimov və Əli Vəliyevin, tanınmış elm xadimi Xudu Məmmədovun, tənqidçi ədəbiyyatşünas Qasım Qasımzadə və Qulu Xəlilovun, habelə bir çox başqalarının səsi yazılmış lentlərini dinləmək mümkün idi.

Muzeydə hableə 1986-cı ildə 147 yaşında vəfat etmiş və vaxtılə aşıq Ələskərin adına söz qoşduğu kəlbəcərli Güləndam xanımın şəkli, onun şəxsən toxuduğu 100-dən artıq gəbə və kilim saxlanılırdı. Vaxtılə keçmiş SSRİ EA-nin müxbir üzvü Aleksey Makaruşev Kəlbəcərdə olarkən, bu muzey haqqında belə demişdi: “Bu, dünyanın yeganə muzeyidir ki, burada səbrlə bütün dağ süxurlarının nümunələri toplanmışdır.”

Qanlıkənd istiqamətində yerləşən məşhur Lök qalasının maketi, Kəlbəcər dağlarında yaşayan bir çox vəhşi heyvanın müqəvvası, 150 milyon il yaşı olan, Tərtər çay qumluğunda aşkar edilmiş daşlaşmış ilbiz nümunələri, ibtidai icma quruluşu dövrünə aid olan oxlar, biçaqlar, baltalar, dəmir rizə ucluqları və s. nümayiş etdirilirdi.

Təəssüflər olsun ki, regionda unikallığı ilə seçilən muzeyin binası 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı erməni silahlı dəstələri tərəfindən dağıdılmış, otuz mindən çox muzey eksponatı isə Ermənistan Respublikasına daşınmışdır.

İşğalından sonra tarix-diyarşünaslıq muzeyi Bakı şəhəri Heydər Əliyev prospekti 8 ünvanda 42 kv.m. sahəsi olan bir otaqda təşkil edilmişdir. Hazırda muzey əməkdaşlarının fədakarlığı hesabına heç bir dövlət vəsaiti xərclənmədən muzeyin fonduna 5.665 ədəd eksponat toplanmışdır. Eksponatlar aşağıdakı növlərə görə sıralanır:

nəqqaşlıq (493 ədəd);
qrafika (2 ədəd);
heykəltaraşlıq (44 ədəd);
tətbiqi incəsət məmulatı (175 ədəd),
arxeoloji əşyalar (136 ədəd);
məişət və etnoqrafik əşyalar (214 ədəd);
fotoşəkillər (1832 ədəd);
sənədlər (264 ədəd) və sair.

Muzeydə bu gün 13 nəfər işçi çalışır.

Qədim mis qablar, toxuculuq əşyaları, xalça, farmaş, duz torbası, asmalıq, parça üzərində tikmələr, rəngarəng Kəlbəcər daşları, şəhid muzeyin fotoşəkilləri, 100 ildən çox yaşamış qocaların fotoları, yandırma üsulu ilə taxta üzərində işlənmiş portretlər, adət-ənənələri əks etdirən böyük həcmli rəsm əsərləri bu gün muzeydə sərgilənən eksponatlar sırasındadır.

Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin ilk direktoru, tanınmış şair Şamil Əsgər Dəlidağ olub.

Hazırda bu vəzifəni şairin oğlu Bərzani Əsgərov tutur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT