Oruc insana həm tibbi, həm də mənəvi cəhətdən faydalıdır


slamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib buyurulmuşdur.

XIA.az xəbər verir ki, Qurani- Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində bu barədə belə buyurulmuşdur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə pis əməllərdən çəkinəsiniz”. Orucu digər ibadətlərdən fərqləndirən əməl ondan ibarətdir ki, insan burda et əmrini deyil, etmə əmrini icra etməlidir.

Oruc dinin sütunlarından biridir. Ramazan ayının qədrini bilmək və ona qarşı mərifət əldə etmək o ləzzətlərdəndi ki, əgər bəndəyə şamil olarsa, o, bu ayın əhli olar. Oruc tutmaq və onun şərtlərinə riayət etmək insanı saflaşdırar və pis işlərdən uzaqlaşdırar. Bu ayda fürsətdir ki, insan öz ilə, öz daxili ilə mübarizə aparsın.

İbadət etmək insanın xeyrinə olan bir əməldir. İslamın beş şərtindən biri olan orucun da insana heç bir zərəri olmaz. Əksinə mədəyə, eləcə də digər orqanlarımıza sağlamlıq baxımından çox xeyirlidir. Bir sözlə, oruc elə bir əməldir ki, insana həm tibbi cəhətdən, həm də mənəvi cəhətdən faydalıdır. Elə isə biz də çalışaq bu faydalardan yararlanıb, ilahi razılığı əldə edib, özümüzün də o uca varlığın qarşısında olan vəzifəmizi icra edək.(İnterAz)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın oğlu: Atam kimi heç kimi enerjili görmədim
Trampın oğlu: Atam kimi heç kimi enerjili görmədim
Amerikalı liderin səhhətinə daim nəzarət edən həkimi Roni Cekson da eyni
Xızıda toqquşan maşınların sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib
Xızıda toqquşan maşınların sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib
Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif
Erməni iş adamlarının adı siyahıda
Erməni iş adamlarının adı siyahıda - Sanksiya
Ermənistanda bahalaşmanın əsas səbəbi bu ölkənin işğalçılıq siyasətini
reklam
Neft ucuzlaşdı
Neft ucuzlaşdı
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,07 dollar və ya 0,10%
Tramp Ağ Evdə Nazarbayevlə görüşüb
Tramp Ağ Evdə Nazarbayevlə görüşüb
Həmçinin ABŞ TŞ-də sədrliyin Qazaxıstana keçməsi ilə əlaqədar Tramp və
İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb
İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb
“İŞİD ekstremist qruplaşmasının məğlub olmasının əsas müsbət tərəflərindən
 
XİA.az - TƏQDİMAT
FAKT