Həzrət Adəm (ə) hansı dildə danışmışdır?

Həzrət Adəm (ə) hansı dildə danışmışdır?















Tarix adətən Adəm (ə) peyğəmbərin hansı dildə danışması barəsində sükut edir. Ancaq Allah hər bir peyğəmbərə öz dilinə uyğun olaraq vəhy göndərmişdir. Quran vəhyin peyğəmbərlərə (ə) nazil olma keyfiyyəti barəsində belə buyurur:“Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin”. (“İbrahim” 4).

Bəs görəsən Allah Təala Həzrət Adəmlə (ə) hansı dildə danışmışdır? Sonradan Adəm (ə) də həmin dillə Həvva (ə) ilə danışmışdır. (Həvzəh)

Çox təəssüf ki, Həzrət Adəmin (ə) dili barəsində əlimizdə dəqiq məlumat yoxdur, sadəcə ehtimallar vardır ki, sizlərə də təqdim edirik:

1. Bəzi təfsirçilərin nəzərinə görə, Allah Təala bütün dilləri Həzrət Adəmə (ə) öyrətmişdir və o, bütün dillər ilə tanış idi. Quran buyurur: “Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi)”. (“Bəqərə” 31).

2. Bəziləri deyir ki, qədim siryak dili, yəni sami və ərəb dilinin anası olan siryak dili Həzrət Adəmin (ə) dili olmuşdur.

3. Ehtimal verilir ki, behişt əhli də ərəb dilində danışdığına görə, Həzrət Adəmin (ə) də dili ərəb dili olmuşdur.

/Deyerler.org/

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT