Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında - REYTİNQ

Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında
Britaniyanın “Telegraph” qəzeti dini etiqad səviyyəsinə görə dünyanın müxtəlif ölkələrinin xəritəsini hazırlayıb.

XİA.az xəbər verir ki, aparılan sorğunun nəticələrinə görə, Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasına düşərək, 13-cü yerdə qərarlaşıb.

Sorğuda iştirak edən azərbaycanlıların yalnız 34% -i həqiqətən özlərini dindar hesab etdiklərini bildirib.

Xəritə WIN/Gallup International-ın 2008, 2009 və 2015-ci illərdə keçirdiyi sorğulardan toplanan məlumatlar əsasında tərtib olunub.

Hər bir respondent özünü dindar hesab edib-etmədiyi ilə bağlı sual qısaca “hə” və ya “yox” cavabı verməli olub.

Xəritəyə görə, dini etiqadın ən yüksək səviyyədə olduğu regional Afrika və Yaxın Şərqdir. Daha sonra Cənub-Şərqi Asiya və Latın Amerikası bölgəsi gəlir.

Birinci yerdə Efiopiya gəlir - adı çəkilən Afrika ölkəsində həm müsəlman həm də xristianlardan ibarət olan dindarlar əhalinin 99% -ni təşkil edir. Oxşar göstəricilər Malavi, Niger, Şri-Lanka və Yəməndə qeydə alınıb. Somalidə dindarlar 98%, Əfqanıstanda isə 97% təşkil edir.

Qərbi, Şimali və Mərkəzi Avropada ümumi götürdükdə ateizm üstünlük təşkil etsə də, bu cür fonda Polşanın 86% etiqad səviyyəsi ilə seçilməsi maraq doğurur.

Din bir çox cənubi Avropa ölkələri üçün də böyük önəm kəsb edir. İtalyanların 74 faizi, yunanların isə 71 faizi özlərini dindar hesab edir.

Digər tərəfdən, dini etiqad səviyyəsinin ən aşağı olduğu ölkələr arasında Yaponiya (13%)

Estoniya (16%), İsveç (19%), Norveç (21%) və Çexiya (23%) sadalamaq olar, Çin isə 7% faizli göstərici ilə hər birini üstələyir.

Rusiyada əhalinin 70 faizi özünü dindar hesab edir. Ukraynada bu göstərici 73%-ə yaxındır, qonşu Belarusda isə fərq birdən birə kəskin dəyişir, - 34 % təşkil edir. Maraq üçün deyək ki, ABŞ-da dini etiqad səviyyəsi 56 faizdir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT