Miniatür Kitab Muzeyinin Gəncə filialında saxlanılan “Qurani-Kərim” görənlərin marağına səbəb olur

Miniatür Kitab Muzeyinin Gəncə filialında saxlanılan “Qurani-Kərim” görənlərin marağına səbəb olur
Miniatür Kitab Muzeyinin Gəncə filialında nümayiş etdirilən “Qurani-Kərim” özünün həcminə və çəkisinə görə Azərbaycanda mövcud olan ən kiçik Qurandır. Ölçüsü 2x3 santimetr olan kitabın ümumi çəkisi 10 qramdır. Muzeyin ən qədim eksponatı sayılan miniatür kitab 1672-ci ildə Səudiyyə Ərəbistanında tərtib edilib.

Kitabın hər səhifəsinin ümumi həcmi 6 kvadratsantimetr olmasına baxmayaraq, Quranın 114 surəsini və 6 min 236 ayəsinin hamısını tam formada bu kitabın səhifələrində yerləşdirmək mümkün olub. Üzəri dəri ilə cildlənmiş kitabın içərisi qızıl suyu ilə yazılıb.

Gəncənin Heydər Əliyev Meydanında yerləşən və ilk dəfə qapılarını 2016-cı il mayın 21-də oxucuların üzünə açan Miniatür Kitab Muzeyinin filialında bir-birindən maraqlı kiçikölçülü kitablar sərgilənir. Muzeydə 29 ölkədə nəşr olunmuş müxtəlif mövzularla bağlı 1068 nüsxə mini kitab nümayiş etdirilir.

Burada Miniatür Kitab Muzeyinin təsisçisi və qurucusu, kolleksiyaçı Zərifə Salahovanın 40 ilə yaxın bir dövrdə topladığı və 2015-ci ildə Ginnesin rekordlar kitabına daxil edilmiş 2 min 913 nadir miniatür kitabdan bəzilərinin foto və sənədləri də nümayiş etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT