Dini kimdən öyrənməli?

Dini kimdən öyrənməli?
Azərbaycan İlahiyyat İnstitutunun tanıtım video çarxını izlədim.

İnstitutun yaradılması ilə bağlı verilən mesajlar olduqca önəmli idi:

Ölkədə dini-mənəvi mühitin qorunması;
Yüksək ixtisaslı kadrların hazırlanması;
Tədrisin xaricdə təhsil almış kadrlar tərəfindən həyata keçirilməsi;
İslamla yanaşı, xristianlıq, yəhudilik, hinduizm, buddizm və digər dünya dinlərinin öyrədilməsi;
Tədrisin müasir sosial elmlərin metodları əsasında həyata keçirilməsi;
Dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya və digər sosial, humanitar elmlərin tədris olunması;
Bu xarici dillərdən ən az ikisinin yüksək səviyyədə öyrədilməsi: ingilis, ərəb, klassik ibri, sanskrit, klassik yunan, latın. Ödənişsiz fars və rus dili kurslarının olması;
Şərq incəsənəti - xəttatlıq, əbru, təzhib, musiqi sahələrinə dair ödənişsiz kursların olması;
Müxtəlif dillərdə 12 mindən çox kitabın olduğu zəngin kitabxananın mövcudluğu;
Bilirik ki, Böyük Fransız İnqilabına qədər din beynəlxalq münasibətləri şəkilləndirən əsas amillərdən biri olub. Buna görə də “Beynəlxalq münasibətlər həm də dinlər tarixidir” ifadəsi geniş şəkildə işlədilir. Digər tərəfdən din həm də bir millətin müəyyən bir dövrdə mədəniyyətinin, memarlığının, ədəbiyyatının, musiqisinin, yaşam və geyim tərzinin, hüquq anlayışının və s-nin formalaşmasına önəmli təsir edən gücdür.

Azərbaycan VII əsrdən ta XIX əsrə qədər İslam dininin bu təsir gücü altında olub, yuxarıda sadaladığımız mövzular da İslamın dəyərləri əsasında formalaşıb.

Nizami, Nəsimi, Füzuli demək həm də İslam dini deməkdir.

Şirvanşahlar, Səfəvilər, Atabəylər demək həm də İslam dini deməkdir.

Təbrizin, Bakının, Şamaxının, Gəncənin memarlığı demək həm də İslam dini deməkdir.

Bu baxımdan orta əsr Azərbaycan tarixinin öyrənilməsi bilavasitə İslam tarixinin də doğru öyrənilməsindən asılıdır.

Necə ki, Albaniya dövlətinin də tədqiqində xristian dininin, onun qollarının öyrənilməsi vacibdir.

Üstəlik bugün Yaxın Şərqdə baş verən proseslərdə İslam dini ilə bağlı yanlış təsəvvürlərin formalaşması, dini təəssübkeşliyin yenidən baş qaldırdığı bir məqamda dinin düzgün tədrisi çox önəmlidir.

Bəs, bu tədrisi kim, necə həyata keçirməlidir?

Təəssüf ki, müstəqillikdən bu yana bu sahədə ciddi boşluq vardı.

Mövcud olan qurumlar ənənəvi məzhəbin təsiri altında idi, kənardan müxtəlif şəkildə aparılan tədris isə Azərbaycan mədəniyyətinə yad dəyərlər əsasında təşkil edilirdi.

Zaman göstərdi ki, vəhhabilik, nurçuluq, İran dəstəkli radikal görüşlər Azərbaycanda mənəviyyata deyil, birbaşa dövlətə, onun ələ keçirilməsinə hesablanıb. Necə ki, Türkiyə dövləti ağır faciədən sonra bunu başa düşdü.

Bu baxımdan bu boşluğun peşəkar şəkildə aradan qaldırılmasına sevindim.

Çünki həqiqətən ehtiyac vardı:

Peşəkar dünyəvi görüşlü ixtisas olaraq ilahiyyatçıların yetişməsinə;
Din tarixinin din üzərindən deyil, elm üzərindən araşdırılması və tədqiqinə;
Dinin dövlətin düzgün nəzarət və diqqəti çərçivəsində cəmiyyətin dünyagörüşündə əks olunmasına və s.
Ümid edirəm, Azərbaycan İlahiyyat İnstitutu öz məqsədinə çatacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT