İlham Əliyev bunu etməklə mühüm qərar verdi - QMİ sədri

İlham Əliyev bunu etməklə mühüm qərar verdi

Azərbaycan tarixən müxtəlif sivilizasiyalar arasında oynadığı mühüm rolu bu gün də davam etdirir. Azərbaycanda müsəlmanlarla yanaşı provaslavlar, katoliklər, yəhudilər əsrlər boyu yanbaşı yaşayıb, birlikdə ibadət edib. Ölkəmizdə dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadə VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Təbii ki, burada dövlət siyasəti mühüm rol oynayır. İslam mədəniyyətini ümumbəşəri dəyər kimi dünya ictimaiyyətinə çatdıran ölkə başçısı İlham Əliyev multikulturalizm, daha sonra İslam Həmrəyliyi ili elan etməklə olduqca mühüm qərar verdi. O, bu qərarları verməklə həm ölkə daxilində, həm də beynəlxalq ələmdə böyük naliyyətə imza atıb. Humanitar forumların Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı yenə də dünyanın ənənəvi humanitar zirvə məkanı olaraq gündəmdədir. Çünki bəşəri ideyaların dünyada təbliğinə dövlətimiz önəm verir”.

Şeyx bildirib ki, ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və bir milyondan artıq qaçqın problemi yaranıb, onlarla məscid abidələr məhv edilib. Bütün bunlara baxmayaraq, biz müharibənin sülh yolu ilə həllində israrlıyıq.

A.Paşazadə Azərbaycanın dünyada multikultural, islam həmrəyliyi ideyalarını təbliğ etdiyini bildirib:

“Birinci vitse-prezident Mehriban Əliyeva milli və mənəmi irsinizi dünyada təbliğ edir, həmçinin o, ümumbəşəri dəyərlərə yüksək səviyyədə yanaşır. Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin yaradılması ölkəmizdə multukulturalizmə verilən önəmin göstəricisidir”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT