Elşad Miri: - Şizofreniyanı “Quran”la sağaltmağa çalışırlar

Elşad Miri:
Son günlər Şabran rayonunda “cin çıxarma” adı altında döyülərək öldürülən 25 yaşlı gənc bu gün də sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalır. Sosial şəbəkə istifadəçiləri arasında bir qrup insan düşünür ki, həqiqətən də, bir insanın içərisinə gözəgörünməz “cin”, “şeytan” girə və onu idarə edə bilər. Digər bir qrup isə bunun cahillikdən başqa bir şey olmadığını düşünür. Bu məsələnin həqiqət payı nədir? İslam dinində “cin çıxarma” anlayışı varmı?

Məsələ ilə bağlı Oxu.Az-a danışan ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, bənzər hadisə onun bacısının da başına gəlib:

“Uşaq vaxtı valideynlərim bacımı Yevlaxda “cin çıxarma” üsulu ilə insanlara kömək etdiyini deyən bir cindarın yanına aparmışdılar. O, bacıma qəribə bir kağıza dua yazıb, daim yastığının altında saxlamasını demişdi. Mən ərəb dilini öyrəndikdən sonra açıb orada nə yazıldığına baxmaq istədim. Gördüklərim isə məni təəccübləndirmədi. Boş söz yığınından başqa bir şey yox idi.

Bu gün də insanlar bu yalanlara inanır, özlərini nə hallara salırlar. Heç kim fikirləşmir ki, bu “cin çıxarma” anlayışı “Quran”da yoxdursa, kim tərəfindən ortaya atılıb. “Qurani-Kərim”də belə bir surə yoxdur. Əgər belə hadisələr gerçək olsaydı, peyğəmbərlərimizin dövründə də yaşanırdı.

Heç bir mənbədə yazılmayıb ki, peyğəmbərlərimiz insanların ruhuna daxil olan “cin”ləri çıxararaq onlara kömək edib. “Qurani-Kərim”in 16 surəsinin 99-cu ayəsində belə bir məqam var:

“Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”

Bu, onu göstərir ki, insanlar bu cür inancları özləri uydurur. Kim nədən qorxursa, bunu cəmiyyətə təbliğ edir”.

Elşad Miri onu da bildirib ki, “Qurani-Kərim” heç vaxt şizofreniyanı müalicə edə bilməz:

“Bu gün insanlar hər hansı psixi xəstəlikləri, şizofreniyanı “Qurani-Kərim”dən ayələr oxumaqla sağaltmağa çalışırlar. “Quran” insanların mənəviyyatını, vicdanını sağalda bilər. Təsəvvür edin ki, siz xəstəsiniz, həkimə müraciət etmisiniz. Həkimin yazdığı dərmanları alıb istifadə etmək əvəzinə, üzündən oxuyursuz ki, şəfa tapasınız.

Bu, heç bir məntiqə sığmır. Bu gün bir qrup insan “cin çıxarma” adı ilə özlərinə çox gözəl biznes qurublar. Hətta elə insanlar var ki, onlar iddia edir ki, cinlərlə, gözəgörünməzlərlə əlaqə yarada bilir. İnsanlar isə, təəssüf ki, bu nağıllara inanaraq, onlara qazanc mənbəyi olurlar. İslamda bu cür uydurmalar yoxdur. Bu, sadəcə olaraq, fırıldaqçı insanların biznes şəbəkəsidir”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Texnika hazır vəziyyətə gətirildi
Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
reklam
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
 
XİA.az - TƏQDİMAT