Peyğəmbərin (s) mövludu Bakıda möhtəşəm şəkildə qeyd edilib

Peyğəmbərin (s) mövludu Bakıda möhtəşəm şəkildə qeyd edilib
Tədbiri məscidin həyətində quraşdırılmış monitordan da izləmək mümkün olub

Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövlud tədbirləri təşkil olunub. Belə tədbirlərdən biri də dünən Bakının "Məşədi Dadaş" məscidində keçirilib.

İnterAz xəbər verir ki, mövlud gecəsinə din xadimləri - ilahiyyatçı hacı Şahin Həsənli, Qaraçuxur qəsəbə məscidinin imamı Qurban Əliyev, ilahiyyatçı Axund Azər Sani, məşhur qari hacı Ruslan Qasımov, xalq artisti, Azərbaycan muğam sənətinin görkəmli ifaçısı Alim Qasımov, məşhur xanəndə Hüseyn Məlikov, yazıçı, şair və kinodramaturq İlqar Fəhmi, fəlsəfə doktoru Mail Yaqub, tanınmış qəzəlxan Arif Buzovnalı və digər qonaqlar qatılıblar. Tədbiri məscidin həyətində quraşdırılmış monitordan da izləmək mümkün olub.

Qeyd edək ki, Həzrət Məhəmmədin (s) mövlud məclisinə sünni məzhəbindən olan Qaraçuxur məscidinin imamının dəvət olunması və onun məsciddə çıxış etməsi ölkədə şiə-sünni vəhdətinin təbliğinə böyük töhvə verib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Texnika hazır vəziyyətə gətirildi
Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
reklam
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
 
XİA.az - TƏQDİMAT