Fitrə kimlərə verilməlidir?

Pey­ğəmbərimiz (sallallahu aleyhi və səlləm) camaat bayram namazına gələnə qədər xurma və ya arpadan bir saa (dörd ovuc) miq­darında fitrə zəkatı verməyi müsəlmanlardan azad və qul olana, kişiyə və qadına, uşağa və böyüyə vacib buyur­ub.
Fitrə kimlərə verilməlidir?
Bu baxımdan fitrə zəkatı Ramazan ayının ən vacib əməllərindən hesab edilir. Lakin hər il insanlarda fitrəni necə və kimlərə vermələri ilə bağlı suallar yaranır.

Hacının sözlərinə görə, fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçün­dür. Müsəlman oruc tutur, ay ərzində nəfsini tərbiyə edir. Maddi imkanı olan müsəlman sonuncu mərhələdə yoxsul insanlar üçün boynunda olan öhdəliyi yerinə yetirməlidir. Belə ki, maddi imkanı olan müsəlman oruc tutub-tutmamasından asılı olmayaraq fitrə zəkatı verməlidir. Ailə başçısı Ramazan ayının axırıncı günü - bayram axşamı gün batana qədər hər ailə üzvünə görə fitrə verməlidir.

- Fitrə zəkatı hansı formada ödənilməlidir?
- Şəriətdə belə qərarlaşdırılıb ki, fitrə ərazaq və ya pul şəklində verilməlidir. Belə ki ən çox istifadə olunan ərzağın (çörək, un, düyü, xurma) 3 kiloqramı qədər fitrə zəkatı verməlidir.

- Satışda bu ərzaqlar müxtəlif qiymətlərlə satılır. Fitrəni hesablayanda hansı qiyməti əsas götürməliyik?
- Məsləhət görülür ki, ən aşağı yox, orta məbləğ götürülsün ki, ayrılan məbləğ fitrə verilən ailənin minimum ehtiyacını qarşılasın. Bu məbləğ standart olaraq minimum 5 manat müəyyən edilir. Ailədə 5 nəfər varsa, 25 manat fitrə çıxarılması çox gözəl olar. Həmin axşam şam namazına qədər evə gələn qonaq üçün də ailə başçısı fitrə zəkatı verməlidir.

- Ildən-ilə fitrə zəkatının məbləği dəyişir. Bu il üçün məbləğ müəyyən olunubmu?
- Bu məbləğ, adətən, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası tərəfindən müəyyən edilir. Bu il hələ bununla bağlı fətva verilməyib. Əsasən 3-5 manat hüdudlarında müəyyən edilir. Maddi imkanı daha yaxşı olanlar daha çox məbləğdə fitrə çıxara bilərlər.

- Bəziləri fitrə zəkatını pul yox, ərzaq şəklində verməyi daha doğru hesab edir. Bu nə qədər doğrudur?
- Bu barədə konkret məhdudiyyət yoxdur. Lakin nəzərə almaq lazımdır ki, bir ailəyə gün ərzində bir neçə nəfər ərzaq gətirsə, bu zaman israfçılıq olar. Ərzaq yığılıb qalacaq, çünki birdən-birə hamısını istifadə etmək mümkün deyil. Nəticədə, ərzaqlar xarab olacaq. İslam dini isə israfçılığı qəbul etmir. Pul elədir ki, onu həmin şəxs təyinatı üzrə xərcləyə bilir.

- Fitrə zəkatı kimlərə verilməlidir?
- Məsləhət görülür ki, şəxs ilk növbədə tanıdığı-bildiyi, qohum əqrəbasında ehtiyacı olan insana fitrə zəkatı versin. Bacı-qardaşın imkanı olmasa belə, ona fitrə zəkatı vermək məsləhət görülmür. Çünki onlara yaxın kimi maddi yardım etmək olar. Uzaq qohumlara isə fitrə zəkatı vermək olar. Fitrəni elə vermək lazımdır ki, həmin ailə bundan utanmasın, boyunlarına minnət qoyulmasın. Bunu həmin ailəyə edilmiş yaxşılıq yox, öz borcunu yerinə yetirirmiş kimi etmək lazımdır. Sanki kasıbın evinə ona fitrə vermək yox, baş çəkmək üçün getdiyini hiss etdirməlidir. Tanışlarında, yaxınlarında ehtiyacı olanların fitrədən narahat olmaması üçün onlara pul yox, qida, uşaqlarına geyim hədiyyə olaraq verə bilərlər.

Bayram namazına qədər fitrə verilməlidir ki, həmin yoxsul da evində süfrə aça bilsin. Yalnız rayonda, uzaq məsafədə birinə fitrəni sabahı günü də göndərə bilər.

- Bəs qapıya gələn dilənçiyə fitrə vermək olarmı?
- Bəzi “peşəkar” dilənçilər bayram günü evləri gəzib, fitrə istəyirlər. Amma insanlara tövsiyə edilir ki, tanımadığı insanlara fitrə-zəkatı verməsinlər. Çünki tanımadığı biri həqiqətən ehtiyacı olmayan biri də olub, onu aldada bilər. Fitrə vermək vacibdir, lakin ən önəmlisi onu ehtiyacı olana çatdırmaqdır.
- Hərbi xidmətdə olanlar üçün fitrə zəkatı verilə bilər?
- Evdə olmayan ailə üzvünün adına ailə başçısı imkanı varsa, fitrə verə bilər.

- Hamilə qadının dünyaya gəlməmiş övladı üçün fitrə verilə bilərmi?
- Dünyaya gəlməyən övlad üçün fitrə verilməsi müstəhəbdir, savabdır. Lakin vacib deyil.

- Səfərdə olan fitrə-zəkatı verməlidir? O, fitrəni olduğu xarici ölkədə verə bilərmi?
- Yaxşı olar ki, xarici səfərdə olan biri də ətrafında müsəlman varsa, fitrəni ona versin. Yox bu mümkün deyilsə, o zaman ölkəsində qohum-tanışlarından onun əvəzinə imkansıza köməklik etməsini xahiş edə bilər. Müasir üsullarla da əvvəldən fitrənin miqdarını həmin yaxınına göndərə bilər.

- Bir neçə nəfərin fitrəsini ailəyə bir nəfərin çatdırmasına icazə varmı?
- Əlbəttə, olar. Bu həm də ona görə yaxşı haldır ki, gün ərzində evə bir neçə şəxsin gəlməsi diqqət çəkə bilər. Bu da bəzi pisniyyətli qonşuların xoş olmayan söz deməsinə səbəb ola bilər.

- Qeyri-müsəlmanlara fitrə verilməsinə icazə varmı?
- Dinimiz buyurur ki, fitrə zəkatı ətrafında olan müsəlmanlara verilməlidir. Qonşusunda müsəlman olmayan imkansız, övladsız insanlara da kömək edə bilər. Ona fitrə-zəkatı düşmür, sadəcə Ramazan paylaşma ayı olduğuna görə, verilə bilər. Ola bilər ki, edilən bu kömək, qeyri-dindən olanlarda islama hörmət, məhəbbət yaratsın.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dövlət universitetləri təhsil haqqını artırır?
Dövlət universitetləri təhsil haqqını artırır? - VİDEO
Dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil
Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işinə xitam verildi
Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işinə xitam verildi
Tanınmış psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı başlanmış cinayət işinə
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
reklam
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan
Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1952-ci il təvəllüdlü
Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer
 
XİA.az - TƏQDİMAT