“O, bütün müsəlman aləmini səfərbər edəcək lider olmalıdır”

“İslam dünyasının ağıllı liderə ehtiyacı var”
“O, bütün müsəlman aləmini səfərbər edəcək lider olmalıdır”
Politoloq Qabil Hüseynli açıqlamasında İslam dünyasında baş verən toqquşma və qırğınların mahiyyətini, bundan xilas olmağın yollarını şərh edib. Ekspertin fikrincə, bu gün İslam dünyasının sözün həqiqi mənasında ağıllı bir liderə ehtiyacı var:
“Bu gün müsəlman aləmində baş verən proseslər bir daha göstərir ki, İslam dünyasının ağıllı bir liderə ehtiyacı var. O, bütün müsəlmanları səfərbər edə biləcək, İslam daxilindəki konfilikt və qarşıdurmalıarı aradan qaldıra biləcək bir lider olmalıdır. Hazırda İŞİD və bu qəbildən olan terror təşkilatlarının vəhşi əməlləri nəticəsində bütün dünyada nüfuz baxımından ciddi zərbə alan, sünni-şiə ziddiyyətlərindən əziyyət çəkən İslam dünyasını öz zəkası, məntiqi, nüfuzu ilə məhz belə bir lider xilas edə bilər.
Bu gün İslam daxilindəki ziddiyyətlərdən anti-İslam qüvvələri, eləcə də bəzi Qərb dairələri müvəffəqiyyətlə istifadə edirlər. Onlar məzhəblər arasında ədavəti qızışdırır, müsəlmanların bir-birinin qanına susamasına çalışırlar. Halbuki, İslam dünyasının sünni-şiə məzhəbləri baxımından dəyərləndirilməsini, insanlar arasında buna görə hansısa fərq qoyulmasını, onların məhz bu səbəbdən zorakılığa məruz qalmasını müsəlman anlayışının bölünməsi hesab edirəm. Bu baxımdan İslam Konfransı Təşkilatının fəaliyyəti də qətiyyən ürəkaçan səviyyədə deyil və bu təşkilat hələ ki, bu kimi problemlərin həllində bir dəfə də olsun ciddi səy göstərib hər hansı uğur əldə etməyib. Halbuki, İslam daxilindəki məzhəb qarşıdurmalarının aradan qaldırılması olduqca vacibdir və bu, anti-İslam qüvvələrinə çox ciddi zərbə olar”.

Seymur Əliyev

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq
“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq
Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü
Natiq Əliyev:
Natiq Əliyev: - Hasilatın azaldılması Azərbaycanın xeyrinədir
“Azərbaycan neftin hasilatının azaldılması ilə bağlı əldə olunmuş
Valyutadəyişmə məntəqələri bərpa olunur:
Valyutadəyişmə məntəqələri bərpa olunur: - Qanun təsdiqləndi
Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi
reklam
Azərbaycana gələr ərəblərin sayı artıb
Azərbaycana gələr ərəblərin sayı artıb
BƏƏ-dən gələn turistlərin sayı 22, İraqdan gələnlərin sayı 30 dəfə artıb.
Valyuta hərracının nəticəsi açıqlanıb:
Valyuta hərracının nəticəsi açıqlanıb: - Dollar bahalaşdı
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı
Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Ali Məhkəməyə yeni hakim seçilib. Xia.az Report-a istinadən xəbər verir
 
XİA.az - TƏQDİMAT