Elşad Miri: - Azərbaycanlılar həccə alver üçün gedir

Elşad Miri:
Mən bundan əvvəl də demişəm ki, ən bahalı Həcc ziyarətini məhz Azərbaycan təşkil edir. Qiymətlərin ən bahalısı məhz burdadı. Halbuki qiymətləri əlçatan etməyin bir çox üsulları var, necə ki, bunu digər müsəlman ölkələri, qonşu Türkiyə, İran edir. Bizdə isə tamam başqadır. Vətəndaşların illik gəlirləri azaldığı bir vaxtda, qiymətlər durmadan artır. Heç bir güzəşt, sərfəli şərtlər də yoxdur.
Belədə kvotanın dolmaması əlbəttə, təbiidir.XİA.az xəbər verir ki, bunu “Şərq” qəzetinə müsahibəsində ilahiyyatçı Elşad Miri Azərbaycandan bu il Həcc ziyarəti üçün ayrılan kvotanın dolmaması barədə məlumatı şərh edərkən bildirib. Onun sözlərinə görə, dəqiq olan budur ki, Azərbaycandan Həcc ziyarətinə gedənlərin əksəriyyəti artıq dəfələrlə Həcdə olmuş şəxslərdir. “Bunların bir qismi Həcc mövsümünə sırf ticari məqsədlərlə yanaşan adamlardır, hər il Həcc mövsümündə onlar Səudiyyə Ərəbistanına səfər edir, gəlir əldə etmək məqsədilə ticarətlə məşğul olur, ölkəyə bəlli mallar gətirirlər. Bir qisim isə maddi cəhətdən imkanlı adamlardır. Onlar üçün 4700 dollar nədir, 5000-6000 dollar ödəyib ziyarətə getməyin heç bir sıxıntısı yoxdur. Bu insanlar arasında səmimiləri də olur. Onlar həqiqətən də müqəddəs ayda, müqəddəs günlərdə Məkkədə, Mədinədə olub dünya müsəlmanları ilə birlikdə ayinləri yerinə yetirmək istəyirlər və maddi imkanları buna yetdiyindən arzularının önünə sədd çəkmirlər”, – deyə, E. Miri bildirib. İlahiyyatçı bildirib ki, Həcc ziyarətini arzulayıb gedə bilməyənlər kasıb təbəqənin nümayəndələridir. “Amma Allah-təala “Qurani-Kərim”də yalnız imkanı çatan müsəlmanın Həcc ziyarətini yerinə yetirməsini vacib buyurur. Yəni, maddi imkanı çatmayan bir müsəlmanın özünü və ya ailəsini maddi sıxıntıya salaraq Həcc ziyarətinə getməsi məqbul deyil”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ ev
İlham Əliyev Saatlı rayonuna səfər edib
İlham Əliyev Saatlı rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir.
reklam
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
Ukraynada “Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş yük
Ucarda yük maşınları ağır qəza törədib:
Ucarda yük maşınları ağır qəza törədib: - Ölən var
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azad Cavadov:
Azad Cavadov: - Bağlanmış bankların əmlakını satmağa hazırlaşırıq
“Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu
 
XİA.az - TƏQDİMAT