Fərqində olmadan alüdə olduğumuz..

Fərqində olmadan alüdə olduğumuz..
Sosial mediada çox rast gəldiyimiz bir asılılıqdan bəhs etmək istəyirəm. Bu içki və ya narkotik asılılığı deyil, televizor (serial) asılılığıdır. Xüsusilə, hədəf kütlə seçilərək bir mövsüm bitmədən yeni mövsümə hazırlanan, degenerasiyanı azadlıq kimi göstərməyə çalışan, insanları heyvanlar kimi rəqabətə çağıran ssenarilərlə ciddi şəkildə uyuşdurulurlar. İnsanların özlərini seçilmiş qəhrəmanların yerində olmaq istəmələrini təmin edirlər. Gənclər az qala həmin roldakı xarakterləri mənimsəyirlər. Psixoloji hərb sənətinin hər cür taktikalarının beyinlərinə yeridildiyi bu dumanlı zehinlər gözləri qarşısında yaşanılan zülm və kədəri görməkdən aciz qalırlar. Filmlərdə şiddətə meyl etmə siyasəti yeridilir. İnsanlara müharibə təlqini etsəniz müharibə, barış təlqini etsəniz barış istəyərlər. Ölüm və vəhşiliyin hakim olduğu səhnələrlə hipnoz olunan insanlar müəyyən vaxt sonra Misirdə qətl edilən körpələrə də eynilə ekrandan izlədiyi kimi yuxulu gözlərlə baxmağa başlayacaqlar. Daha sonra da uyuşmuş şəkildə yataqlarına gedib dünya ilə əlaqələrini kəsirlər. Müəyyən vaxtdan sonra da cəmiyyət heç bir şey düşünə bilməyən insanlarla dolub daşırMən bu xəstəliyə “televizora və seriallara alüdəçilik” adı verirəm. Çünki xarici ölkələrdə 1940-cı illərdən bəri davam edən, aktyorları yaşlandıqca yerinə yeniləri gələn, hər gün efirə verilən serialları illərcə seyr edərək ömrünü başa vuran insanlar var. Dozasını izləyicinin təyin etdiyi 4 mövsüm, 4 duyğulu filmlər var. Qışda ağlamalı, yayda əyləncəli. Yəni hər mövsümə uyğun ruh halı ilə nə qədər uyuşdurula bilirsinizsə uyuşdurulursunuz... Eynilə siqaret alüdəçisi kimi birini söndürüb digərini yandırırlar. Siz bilmədən sizi bir serialdan digərinə alışdırırlar. Hətta fasilə olaraq reklamların olmasını istəməyənlər belə olur. Bu insanlar serial başlayarkən xarici dünya ilə əlaqələrini tamamilə kəsib az qala insanlıqdan çıxırlar. Sual verdiyinizdə cavab verməyərək çox əsəbiləşib içində olduqları vəziyyətdən ayrılmaq istəmirlər.Burada əsas olan televizorun bizi əsir almasına icazə verməməkdir. Beynimizin, hisslərimizin, ideallarımızın və ən əhəmiyyətlisi də vicdanımızın getdikcə azalmasına imkan verməməkdir. Misirdə həyata keçirilən hərbi çevriliş üçün bildiriş, qınama şəklində şəxsi fikirlərini çatdıra bilməyənlərin, Suriyada yüz minlərlə insanın həyatını itirməsinə qarşı səs çıxartmayanların, evlərində serial izləyərək uyuşanların bu mövzu üzərində bir daha düşünmələrini istəyirəm. 1.5 milyard nüfuza malik İslam aləmində hələ də qadınlara təcavüz edilib uşaqlar öldürülərkən, insanlar vicdansızcasına yurdlarından çıxarılarkən, minlərlə müsəlman ac və səfil yetim halda qalarkən beyinlərimiz bu cür saxta ssenarilərlə uyuşduraraq məsuliyyətlərimizdən qaça bilmərik. Sevgini, barışı və qardaşlığı dünyada hakim etmək hamımızın üzərinə düşən bir borcdur. Bunu da ancaq milli şüur ilə, bir-birimizə bağlanaraq, xarici dünyadakı təhlükələrdən xəbərdar olaraq və sadəcə öz ölkəmizə deyil, bütün dünyaya sahib çıxaraq bacara bilərik. Əks vəziyyəti isə “müsəlmanam” deyən birisi hamiyət-i İslamiyyəsinə yaraşdırmamalıdır.


"Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?"(Nisa surəsi, 75)

ÜLVİYYƏ ƏLİZADƏ

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT