Gözəl söz söyləməklə nə itiririk?!

Gözəl söz söyləməklə nə itiririk?!
Yaradılmışlar içərisində ən üstün canlı insandır. Biz digər canlılardan fərqliyik. Danışırıq, sevinirik, gülürük, fikrimizi ifadə edirik. Ən əsası, şüur sahibiyik – düşünürük, qərar veririk, nəticə çıxarırıq, bir-birimizlə ünsiyyət qururuq. Allah bizim ünsiyyət yaratmağımız üçün müxtəlif dillər yaradıb, nitq verib bizə, beləliklə, nitq vasitəsilə çox rahat şəkildə bir-birimizlə danışırıq. Bu məqalədə toxunmaq istədiyim mövzu gözəl söz söyləməklə ünsiyyət qura biləcəkləri halda, bir-birini pis ləqəblə çağıran insanlardır.
Son zamanlar, xüsusilə, gənclər arasında diqqət etdiyim məqamlardan biri də söyüş tipli ləqəb və xitablarla bir-birinə müraciət etmələridir. İstər qız olsun, istərsə də oğlan, səmimiyyət adı altında bir-birilərinə təhqiramiz sözlər deyirlər və düşünürlər ki, guya kiməsə çox yaxın və səmimidirlərsə, onların belə münasibət qurmağa haqqı var. Yəqin ki, hər birimiz yolda keçərkən, yaxud da fərqli yerlərdə bu cür ünsiyyətlərlə tez-tez rastlaşmışıq. Bu hal insanlar arasında elə bil dəb olub. Əvvəllər oğlanlar arasında belə danışıqları eşitmək utandırıcı və adi hal idisə, indi bu hal qızlar arasında da geniş yayılıb. Çox maraqlıdır, insanın qıraqdan bu sözləri eşidərkən utandığı sözləri necə olur ki, özlərini dost, rəfiqə adlandıran insanlar utanmadan bir-birilərinə deyirlər? Əslində, insanlar səmimiyyət üçün yox, pis ləqəb və xitablardan qarşısındakı insanı alçaltmaq və onun mənfi yönlərini vurğulamaq, gözəl cəhətlərini ört-basdır etmək, beləliklə, özünün ondan üstün olduğunu göstərmək üçün istifadə edirlər.
Son zamanlar kinoteatrlarda izlədiyimiz, demək olar ki, bütün filmlərdə söyüşlü sözlər eşitmək çox adi hal alıb. Belə sözlər filmlərin sanki ayrılmaz parçasına çevrilib. Bununla yanaşı, çox məşhur və insanlar tərəfindən sevərək dinlənilən xarici mahnılarda da söyüş, təhqiramiz sözlər eşitmək çox normal qarşılanır. Beləliklə, Qərbdən eşidib gördüyümüz bu danışıq tərzi insanlara, xüsusilə də, gənclərə istər-istəməz sirayət etməyə başlayıb. Bir müddət əvvəl ictimaiyyət arasında utancaqlıqla deyilən sözlər hal-hazırda sanki dəb olub.
Yuxarıda da qeyd etdiyim kimi, ünsiyyət Allahın bizə bəxş etdiyi ən gözəl nemətdir. Fikrimizi gözəl sözlərlə ifadə edə biləcəyimiz halda səmimiyyət adı altında niyə bir-birimizə çirkin sözlər deyək ki?! Hər bir insanın ruhu gözəlliklərdən zövq alacaq şəkildə yaradılmışdır. Hər birimiz çox zövq alırıq iltifat eşitməkdən, gözəl sözlər dinləməkdən. Məsələn, bir gün dostlarınızla görüşə gedirsiniz, onlar üçün xüsusi geyinib bəzənmişsiniz. Əlbəttə ki, istəyərsiniz ki, bu gözəlliyiniz dostlarınız tərəfindən hiss edilsin, dilə gətirilsin və siz də gözəl sözlər eşidəsiniz. Bu da sizin şövqünüzü artırar. Nə gərək var, təhqiramiz sözlərlə sevgi ifadə etməyə?!
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hücurat surəsi, 11)
Yuxarıda saydığım xüsusiyyət, yəni pis ləqəb və xitabla insanlara müraciət etmək Quran əxlaqına uyğun olmayan, Allahın bəyənmədiyi davranışlardır. Əsl mömin bu əxlaqı qətiyyən göstərməz. Allahı sevən insan qarşısındakı insanı təhqir etmək, ona sataşmaq üçün mənfi yönlərini zarafat və pis xitabla dilə gətirməz. Mömin sözün ən gözəlini deyər, insanların könlünü alan sözləri diqqətlə seçər. Gizli və aşkar təhqir etmək, söz atmaq möminə yaraşmaz. Əgər bir insanın səhvi varsa, onu gözəl sözlərlə bildirər, bir insanda gözəl olan bir şey görürsə, mütləq iltifat edər. Çünki bütün gözəlliklərin Allaha məxsus olduğunu bilir, Allahın da gözəlliyini müxtəlif insanlarda təcəlli etdiyini gördükcə bundan zövq alır.
Gəlin gözəl sözlü olaq, insanların gözəl yönlərini görək, sevgi insanı olaq, nə özümüz çirkin ləqəblərlə insanlara müraciət edək, nə də ətrafımızda belə sözlərin istifadə edilməsinə yol verək. Allahın da bizdən istədiyi əxlaq budur: gözəl sözlü olmaq
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT