Gəncədə Aşura mərasimi - Video

Gəncədə Aşura mərasimi - Video
Gəncədə Aşura mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Aşura günü-Məhərrəm ayının 10-cu günü, matəm günü, İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gündür. Məhərrəm ayı, Qurani-Kərimdə qiymət verilən dörd aydan biridir. Gəncədə Aşura günü yüksək səviyyədə qeyd olunur. İmamzadə dini-memarlıq kompleksində ziyarətgahın ətrafında Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 34 ehsan çadırları qurulub.

Ziyarətgahda işıqlandırma sisteminin əhatə dairəsi daha da genişləndirilib. İçməli su daşıyan 10 maşın da ziyarətçilərin ixtiyarına verilib. Bundan başqa ziyarətçilərə daha rahat şərait yaratmaq üçün xeyriyyəçi insanlar da ziyarətgahda çadırlar qurublar.

İmamzadəyə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb. İmamzadə Kompleksi istiqamətində piyadaların təhlükəsizliyi üçün şəxsi avtomobillərə məhdudiyyətlər tətbiq olunub.

“Aşura Günü” ilə bağlı şəhərdə ictimai asayişin qorunması və yollarda hərəkətin təhlükəsizliyi üçün patrul naryadlarının sayı da artırılıb. Bu gün İmamzadə Dini Kompleksində keçirilən tədbirlərdə iştirak etmək istəyən Gəncə şəhəri və ətraf bölgə əhalisi üçün ictimai nəqliyyat vasitələri səhər saatlarından gücləndirilmiş iş rejimində çalışıb. Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin “İmamzadə” dini kompleksinə daşınması üçün pulsuz nəqliyyat vasitələri təşkil edilib. Bu məqsədlə 40-a yaxın iritutumlu avtobuslar həm əhalini məscidlərə, həm də “İmamzadə”yə aparmaq üçün ayrılıb.

Eyni zamanda vətədaşlara xidmət və təhlükəsizliyi təmin etmək üçün məscidlərin ətrafına və “İmamzadə” dini kompleksinə təcili tibbi yardım briqadası, 10-a yaxın Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb edilib. Mərasimdə qan vermə aksiyası keçirilib. Ziyarətə gələn insanlar qan vermə aksiyasında iştirak ediblər.



Gəncədə Aşura mərasimi - Video


Ceyhun Qurbanov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri başa çatıb.
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub - FOTO
Ötən gün ölkə ərazisində anormal külək olub. Küləyin güclü olması
818 min dollarlıq dələduzluq
818 min dollarlıq dələduzluq
XİA.az xəbər verir ki, 55 yaşlı E.Ramazanov hüquq-mühafizə orqanlarına
reklam
Zərərçəkən:
Zərərçəkən: "Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" - YENİLƏNİB
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran miqyaslı hərbi-dəniz qüvvələri təlimləri çərçivəsində yeni “Nasr”
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub. Hadisənin səbəbləri
 
XİA.az - TƏQDİMAT