Haram yeməklərin acınacaqlı nəticələri....

Haram yeməklərin acınacaqlı nəticələri....
Həm dində, həm də müasir elmdə yeməyin insanın bədənində təsir qoyduğu kimi, ruhunda da mənfi və ya müsbət emosiyalar yaratması artıq çoxdan isbat edilmişdir.
Yəni zəhərli yemək insan orqanizmini zəhərləyirsə haram yemək də onun ruhunu zəhərləyir. "Maidə" surəsinin 3-cü ayəsində oxuyuruq: “Sizə ölmüş heyvanın əti, qan, donuz əti, Allahdan qeyrisinin adına kəsilənlər və s. haram edildi”.

İslamda “haram” olan hər bir şeyin müəyyən səbəbi, kökü var. Məsələn: İslam dinində haram olmuş işlərdən biri də donuz ətini yeməkdir. Təxminən bütün dünyada donuz ətindən istifadə olunur. Qeyri müsəlman xalqlarından çoxu isə onu dadlı bir yemək bilirlər. Müsəlmanlardan bəzisi isə belə deyirlər: İslam dinində nə üçün bu əti yemək haram edilib? Bunun ki, heç bir ziyanı yoxdur! Donuz ətinin bədəndə zərəri “trixin qurdlarının” yaranmasıdırsa, yeni texnika bu qurdları donuz ətində məhv edir. Deməli, bu ətin haram olmasına heç bir dəlil yoxdur. Bu sualın cavabı aydındır. Çünki onlar məsələnin yalnız bir tərəfini nəzərdə tuturlar, yəni onlar təkcə donuz ətinin insanın bədənindəki zərərlərinə nəzər salırlar. Amma onun ruhi ziyanlarından qafildirlər. Donuz çox murdar və iyrənc bir heyvandır. Onun ətində də bu xasiyyət vardır. Donuz ətini yeyən insanlarda da donuzda olan şəhvətçilik və digər iyrənc xasiyyətlər özünü göstərir. Bunda heç bir şəkk yoxdur. Quran (“Maidə”, 42) xain və daş ürəkliləri “çox haram yeyən” adlandırır. Quranda olan bu söz bütün haram yeyən insanlara xəbərdarlıqdır. Çünki onlar da acgöz xainlər kimi, həmişə dinə xəyanət edib dinin qarşısında maneə törətməyi və qanunsuz iş görməyi özlərinin adi işlərinə çeviriblər.
Ümumiyyətlə, haram yeməyin iqtisadi, siyasi, ictimai və cismani zərərləri hamıya bəllidir. Haram yemək insanı həm fərdi, həm də ictimai cəhətdən fəlakətə çəkən ən böyük xətərlərdən biridir. “Bəqərə” surəsinin 188-ci ayəsində oxuyuruq: “Haqsızlıqla bir-birinizin malını yeməyin, insanların mallarının bir qismini günah yolda yemək üçün bilərəkdən rüşvət kimi hakimlərə verməyin”.
Bu ayədə hər bir növ haram yeməyi nəhy edəndən sonra, rüşvətxorluq da haram yeməyin bir yolu kimi nəhy olunmuşdur.
İslam Peyğəmbəri (s) buyurur: “Allah lənət etsin rüşvət alana, rüşvət verənə və onların arasında vasitə olana”.
İmam Sadiq (ə) buyurur: “Haram bir neçə növdür”.
Sonra o Həzrət zinakar qadının muzdunu və şərab üçün xərclənən pulu haram malın qismlərindən saydı.
Sonra buyurdu: “Amma rüşvət almaq böyük Allaha kafir olmaqdır”.
“Nisa” surəsinin 10-cu ayəsində isə yetimlərin malını qəsb edənlərin acı aqibəti haqqında oxuyuruq: “Yetimlərin malını haqsızlıqla yeyənlər təkcə od yeyərlər. Və tezliklə onlar cəhənnəm atəşində yanacaqlar”.
Sözsüz ki, haram yeməklərin yaratdıqları fəsadlar daha geniş və əhatəlidir. Bu məqalədə haramın yalnız bəzi acınacaqlı nəticələrinə nəzər salınıb. Aqibətinin xeyirli olmasını arzulayan insan, Allahın haramlarından çəkinməlidir. Bu, bir o qədər də çətin deyil. Xüsusən də Rəbbimizin halallarının haram buyurduqlarından qat-qat çox olmasını nəzərə alsaq.

Vəkil Rövşən Qasimov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dövlət universitetləri təhsil haqqını artırır?
Dövlət universitetləri təhsil haqqını artırır? - VİDEO
Dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil
Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işinə xitam verildi
Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işinə xitam verildi
Tanınmış psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı başlanmış cinayət işinə
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
reklam
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan
Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1952-ci il təvəllüdlü
Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer
 
XİA.az - TƏQDİMAT