“İmam Hüseyn Müaviyədən pul almışdı” - ELŞAD MİRİ

“İmam Hüseyn Müaviyədən pul almışdı”
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin islam peyğəmbərinin nəvəsi İmam Hüseyn barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmadı. Onun mübahisəli fikirləri istər mətbuatda, istərsə də sosial şəbəkədə geniş rezonans doğurdu.

Əli Nağıyevin danışdıqlarında həqiqət payı nə qədərdir, Kərbəla hadisələrinin əsas səbəbkarı kimdir, doğrudanmı İmam Hüseynin səhvləri var idi?

Teleqraf.com bu suallara aydınlıq gətirmək üçün tanınmış ilahiyyatçı Elşad Miriyə üz tutub. Onun fikirlərini təqdim edirik:

– Allah “Quran”da peyğəmbərlərin də səhvlərindən bəhs edir. Yəni peyğəmbərlərin də səhvinin olması təbii haldır. “İmam Hüseyn vəziyyəti düz hesablamırdı”, “İmam Hüseyn qəhrəman idisə, qoşunların yığıb qardaşı ilə birlikdə Müaviyəyə qarşı döyüşüb qalib gələrdi” kimi fikirlərə gəldikdə isə tarixi fakt bundan ibarətdir ki, İmam Həsən özü sağlığında Müaviyə ilə razılığa gəlib, müqavilə bağlayıb. Hətta beytül-maldan, yəni dövlət büdcəsindən əhli-beytə müəyyən vəsait də ödənilib. İmam Hüseyn həmin vəsaiti alan şəxslərdən biri olub. Digər tərəfdən də dediyim kimi, səhvsiz insan yoxdur, hər kəsin səhvi olub.

Siz fikir verin, dinlə bağlı danışıqlarda, söhbətlərdə İmam Əlinin, İmam Həsənin yox İmam Hüseynin adı çəkilir. Bu gün onun ön plana çıxarılmasının əsas səbəblərindən biri İran ideologiyasıdır. Bunun da səbəbi odur ki, İmam Hüseynin xanımı həmin dövrün ən böyük dövlətlərindən olan Sasani imperiyasının sonuncu hökmdarı III Yəzdigürdün qızı Şəhrubanu xanım idi.

Sizə bir şey deyim, on bir imamın on birinin də övladlarının adında Ömər, Ayişə, Əbu Bəkr, Osman adının olmasına baxmayaraq bu gün özünü şiə adlandıran və yaxud da İran tərəfdarı olanların birində Ömər adına rast gələ bilməzsən. Bu Ömər düşmənçiliyin əsas səbəbi də onun Nəhavənd və Qədisiyyə döyüşlərində Sasani kimi bir imperiyanı darmadağın etməsidir.

İmam Hüseynin qəhrəmanlıq məsələsinə gəldikdə isə burda belə bir məsələ var. İran tərəfdən baxanda İran bütün təbliğatı İmam Hüseyn üzərində qurub. Hətta belə bir fikir formalaşıb ki, İmam Hüseyn olmasaydı, Kərbəla hadisəsi olmasaydı, Aşura olmasaydı, islam dini günümüzə gəlib çıxmazdı. Mən də bu fikrə qarşıyam. Axı islam dini günümüzə təkcə İmam Hüseyn vasitəsi ilə gəlməyib. İmam Hüseyn məktəbini sadəcə, əxlaq baxımından, insanlıq baxımından qəbul eləmək olar. Amma bəzi şeylərdə həmin dövrün səhabələri də İmam Hüseynə etiraz edirdilər. Təkidlə deyirdilər ki, həcc vaxtı həcci yarımçıq qoyub getmə, kufəlilərə inanma. Fakt budur ki, İmam Hüseyn həccin əsas başlanğıcı olan Ərəfat Günü həccini yarımçıq qoyub Kufəyə gedir və yolda da məlum hadisə baş verir.

Yezidin tərəfinə keçənlər

Yezid İmam Hüseynə üç şərt göndərmişdi: Ya Məkkəyə qayıtsın, ya Dəməşqə Yezidin yanına gəlib biət eləsin, ya da xilafətin düşmənləri ilə döyüşə getsin. Amma aradakı adamlar görürlər ki, əgər bu üç şərtdən hansısa biri gerçəkləşsə, o zaman onların özləri ilə bağlı məsələ heç də yaxşı olmayacaq. Ona görə də bu taktika seçilmir. Hətta dəvə hadisəsində də belə hadisə olub. Yəni həmin dövrdəki təxribatçılar bu barışığın baş verməməsinə cəhd göstəriblər və müəyyən nəticələr əldə ediblər.

Hətta bu döyüş baş verməmişdən əvvəl İmam Hüseynin arxasında namaz qılanların bəziləri Kərbəla döyüşündə Yezidin tərəfinə keçmişdilər”.

Sərvər Şirin

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri başa çatıb.
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub - FOTO
Ötən gün ölkə ərazisində anormal külək olub. Küləyin güclü olması
818 min dollarlıq dələduzluq
818 min dollarlıq dələduzluq
XİA.az xəbər verir ki, 55 yaşlı E.Ramazanov hüquq-mühafizə orqanlarına
reklam
Zərərçəkən:
Zərərçəkən: "Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" - YENİLƏNİB
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran miqyaslı hərbi-dəniz qüvvələri təlimləri çərçivəsində yeni “Nasr”
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub. Hadisənin səbəbləri
 
XİA.az - TƏQDİMAT