Sosioloq həyacan təbili çaldı: Bu ölüm gətirən fotonu paylaşmayın! - Foto

Sosioloq həyacan təbili çaldı: Bu ölüm gətirən fotonu paylaşmayın! - Foto
"Biz bir-birimizin qayğısına qalmalı deyilikmi?! Nə üçün özümüz-özümüzə düşmən kəsilək?!”
Ölkə iqtisadiyyatı ikinci devalvasiyadan sonra ağır dönəm keçirir. Ekspertlər devalvasiyanın üçüncü dəfə baş verəcəyini inkar etmir. Qiymətlər bahalaşır, kredit borcları qalxır, bəzi universitetlərdə illik haqqı dollarla ödənişə keçir və s... Qarşıdan yeni il gəlir, əhali daha da qorxuya düşür. Elə bu səbəbdən sosial şəbəkələrdə arzuolunmaz foto paylaşılır. Fotoda 2016-nın sonuncu 6 rəqəmi boğaz kəndirilə təsvir olunub, yəni “intihar mesajı” kimi ifadə edilib.

İslamınSəsi saytı xəbər verir ki, sosioloq Cavid İmamoğlu bu paylaşıma görə, ciddi narahat olub. O, sözügedən fotonun paylaşımına kəskin etiraz edib.

Cavid bəyin sözlərinə görə, bu cür sonu düşünülməyən paylaşımlar intihar təqlidini artırır: “Dəyərli dostlar! Sizdən xahiş edirəm ki, 2016-cı təqvim ilə bağlı hazırlanan və rəqəmlərdən biri boğaz kəndiri olan (intihar mesajı) şəkillərin kütləvi paylaşılmasına mane olasınız (özünüz paylaşmayın, paylaşanları like etməyin və bu mesajı onlara çatdırın)."
Sosioloq həyacan təbili çaldı: Bu ölüm gətirən fotonu paylaşmayın! - Foto
Sosioloqun fikrincə, bu şəkili yayanlar bəlkə də, özləri də bilmədən növbəti intihara zəmin verirlər: “İntiharı araşdıran mütəxəssislər sosial medianın "copy cat" effekti haqda geniş araşdırmalar aparıblar. Bu cür sonu düşünülməyən paylaşımlar intihar təqlidini artırır. Biz bir-birimizin qayğısına qalmalı deyilikmi?! Nə üçün özümüz-özümüzə düşmən kəsilək?!”

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT