NAMAZIN MÖMİNLƏRİN RUHUNA YAYDIĞI BƏRƏKƏT

NAMAZIN MÖMİNLƏRİN RUHUNA YAYDIĞI BƏRƏKƏT

Hər gün yüz minlərlə insan dünyaya göz açır. Möhtəşəm yaradılışla, gözlər, əllər, qulaqlar, ürək, beyin, bütün orqanlarla bu insanlar yepyeni həyata başlayırlar. Kiçik bir hüceyrə ikən Allah insanı anasının bətnində böyüdür, bütün bədənində sinir şəbəkəsi və damarlar yaradır, ürəyi döyünməyə başlayır, qaraciyəri, böyrəkləri yavaş-yavaş əmələ gəlir, sümüklər nizamlı şəkildə bədəndə yerləşdirilir. Doqquz ay boyunca yüz minlərlə detalın birləşdirilməsi ilə yaradılan insandan Allah yalnız bir şey istəyir: səmimiyyət...
Çünki səmimiyyət bir növ hər qapını açan güclü açardır. İnsan ancaq səmimi, ixlaslı olduqda, ürəyi ancaq Allah eşqi ilə yandıqda Allah dərgahında bir dəyər qazanır. Tam səmimi olan mömin həyatını Allah üçün yaşayar və Allah üçün son nəfəsini verər. Qısa dünya həyatı onun üçün ancaq müvəqqəti yerdir, o, əsl yurdu olan axirəti əsla unutmaz, bir an belə dünyaya aludə olub boş vaxt keçirməz.

De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)

Səmimi olan qulun qəlbi daima Allahladır. Səhər oyanan kimi Allah yadına düşür, gün ərzində bütün nemətlərin Allah tərəfindən verildiyinin fərqindədir. Mömin daima Allahın lütfünə möhtac olduğunu bilir və şükür edir. Ancaq Allah bütün möminlərə ən gözəl şükür vəsiləsi olan namazı fərz ibadət kimi Quranda əmr edir:

Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 277)

Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla (Allah`dan) kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir! (Bəqərə surəsi, 153)

Namaz möminlərin səmimiyyətlərini göstərən, riyakarlıqdan, göstərişdən uzaq gözəl ibadətdir. Möminin Allah qarşısında acizliyini bilərək alnını səcdəyə qoyması və namaz ibadətini yerinə yetirməsi, namazlarına ciddi riayət etməsi çox vacibdir. Çünki mömin ibadətlərinə diqqət edərək, daima Allahı zikir edərək, Qurana tabe olaraq onu yaradan Rəbbimizi heç unutmadığını namaz ibadəti ilə göstərir. Səcdə edərkən, rukuya gedərkən, qiyamda durarkən Allahı ən gözəl sözlərlə təsbih edib şəninə təriflər deyir.
İxlaslı mömin hər ibadətində olduğu kimi, namazda da Allaha olan dərin sevgisini göstərir. Səhər namaza qalxdıqda böyük şövqlə qalxar. Gün ərzində işlərini qoyub böyük zövqlə namaz qılar. Namaz insanın ruhuna sevdirilmiş ən gözəl ibadətdir. Mömin gözəl mənzərədən, gözəl insana baxmaqdan, sevgi dolu iltifatlar eşitməkdən xoşlandığı kimi, ibadətləri yerinə yetirməkdən də zövq alar. Namaz insanın özünə inamını qazandırır. Allahla arasında dərin, sarsılmaz əlaqə yaranmasına səbəb olur. Mömin namaz qılarkən ən çox sevdiyi dostunun, sirdaşının önündə əyilir. O, elə gözəl dostdur ki, mömini əsla tərk etməz. Yaxşı günündə, pis günündə, xəstəlikdə, sağlamlıqda, yoxluqda və darlıqda daima onun yanında olur. Mömin əsl dostunun, onu yaradan Rəbbinin qarşısında sevgi ilə, şövqlə üzünü qibləyə tutur və səcdəyə gedir. Onu ən gözəl isimləri ilə zikr edib şəninə təriflər demək ruhuna rahatlıq verir.
Möminə yaraşan da məhz bu cür güclü səmimiyyətdir. İman gətirdiyini deyənlər arasında namazı yük kimi görən, namaza ərinərək qalxan, namaza etinasız yanaşıb təxirə salanlar da var. Bu insanlar öz mənfəətləri olduqda səhər erkəndən yerlərindən qalxar, lazım gəlsə, dağları aşarlar. Öz mənfəətləri olduqda əsla unutmaz, etinasız yanaşmaz, heç nəyi təxirə salmazlar. Ancaq bu qədər etinasız yanaşdıqlarına baxmayaraq, Allah bu səmimiyyətsizliklərinə hər an şahiddir. Onlar fərqində belə deyilkən Allah etdiklərini görür. O, qəlblərin dərinliyində olanı çox yaxşı bilir, səmimi olanla səmimiyyətsizi axirətdə bir-birindən ayıracaq.

Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allahı və Onun Elçisini inkar edir, namaza tənbəlliklə qalxır və (mallarını) könülsüz xərcləyirlər. (Tövbə surəsi, 54)

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki, (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)

Namazı Peyğəmbərimizin (səv) qıldığı kimi böyük sevinclə və şövqlə qılmaq lazımdır. Allah müsəlmanların həyatını namaz ibadəti ilə bəzəmişdir. Bu asan ibadətlə savablarını artırmaq imkanı vermişdir. Şübhəsiz ki, Rəbbimizin bizim ibadətimizə ehtiyacı yoxdur, çünki bütün kainat Ona səcdə edir, Onu ən gözəl isimləri ilə zikr edir. Ancaq bizim Rəbbimizə şükür etməyə, Ona dərin hörmətimizi və sevgimizi göstərməyə ehtiyacımız var.
Axırzamanda iman gətirdiyini deyən, ancaq namazdan üz çevirənlər də var. Onlar namazın möminin ruhuna yaydığı gözəllikdən, xeyirdən məhrum qalırlar. Ancaq axırzamanda böyük şövqlə, istəklə, qınayanın qınamasından qorxmadan namaz qılan möminlər də var. Onlar əsla namazlarını tərk etməzlər, namaz onların həyatının ayrılmaz hissəsinə çevrilmişdir, namazla qalxıb namazla yatarlar. Axirətdə Allahın razı qaldığı qullarından biri olmaq ümidi ilə son nəfəslərinə qədər bu ibadəti böyük səmimiyyətlə yerinə yetirərlər.

Quranda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək daha böyükdür. Allah nə etdiklərinizi bilir! (Ənkəbut surəsi, 45)

Cəhənnəm əhlindən nə üçün cəhənnəmə düşdüklərini soruşduqda: “Biz namaz qılanlardan deyildik”, -deyəcəklər. Odur ki, möminlər əsla şeytana aldanmasınlar. Bu ibadətə etinasız yanaşmağın necə böyük fəlakətlə nəticələnəcəyini görsünlər. İxlasla Allaha olan sevgilərini, şükürlərini namazla göstərsinlər. Ətraflarında namaz qılan bir insan olmasa da, hər kəs bu ibadətə etinasız yanaşsa da, onlar səcdə etsinlər və Allahın sonsuz mərhəmətinə sığınsınlar.

Ülviyyə Əlizadə



Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qocalmağa qoymayan NADİR MADDƏ:
Qocalmağa qoymayan NADİR MADDƏ: - alfa lipoikin İNANILMAZ FAYDALARI
Alfa lipoik turşusu 1980-cı illərin sonlarında kəşf edilib. İlk illərdə
Braziliyada nazirlik işçiləri təxliyə edildi
Braziliyada nazirlik işçiləri təxliyə edildi - Bombaya görə
XİA.az-ın məlumatına görə, mülki müdafiə əməkdaşları binanın 9-cu
28 May-Respublika günü Almaniyada qeyd edilib
28 May-Respublika günü Almaniyada qeyd edilib
Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə,
reklam
Naftalanda cəbbəxana aşkarlanıb
Naftalanda cəbbəxana aşkarlanıb
Bununla əlaqədar mayın 24-də Goranboy rayon sakini Adil Süleymanova
14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza
14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza
Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə
Mingəçevir su anbarında bir nəfər batıb
Mingəçevir su anbarında bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə
 
XİA.az - TƏQDİMAT