Məhəmməd Peyğəmbər hər gecə üç dəfə mütləq belə edərmiş - Maraqlı

“Məhərrəmlik ayı” çərçivəsində dini mövzuları davam etdirir.

Məhəmməd Peyğəmbər hər gecə üç dəfə mütləq belə edərmiş















Bu dəfə Məhəmməd Peyğəmbərin sünnətləri haqqında məlumat təqdim edirik. Yəqin ki, Peyğəmbər əleyhissalamın nəyi necə etdiyi sizlər üçün də maraqlı olacaq. Onu da qeyd edək ki, bütün bunların arxasında elmi, tibbi səbəblər, həmçinin ədəb qaydaları dayanır. Yəni Məhəmməd Peyğəmbər heç nəyi əbəs yerə etmirmiş, hər əməlində bir fayda var imiş.

Gündə iki dəfə yemək yeyərmiş.

Suyu oturaq halda içər, 3 qurtuma bitirərmiş.

Evdən sağ ayaqla çıxar, sağ ayaqla girərmiş.

Biri çağıranda çağıran adama tərəf bütün vücudu ilə çevrilərmiş.

Məzar üzərinə su tökərmiş.

Buğda çörəyinə arpa unu qatarmış.

İstixarə edərmiş.

Kəbin kəsərmiş.

Yemək zamanı gözəl sözlər danışarmış.

Kasıblara “uşur” (meyvə, tərəvəzin 20-də biri) verərmiş.

Dırnaqlarını ancaq cümə günü kəsərmiş.

Yatarkən sağ tərəfi üzərində yatarmış.

Ayaqqabısını geyinmədən əvvəl mütləq içini çırparmış (içində əqrəb, ilan, zəhərli heyvan ola bilər deyə).

Namazda sol ayağının üzərində oturub, sağ ayağını dikəldərmiş.

Şəfalıdır deyə qozu pendirlə, üzümü çörəklə yeyərmiş.

Ölüm ayağında olan insanlara su içirərmiş.

Namazda rükuya əyilərkən sol ayağını sağ ayağına birləşdirərmiş.

Köynəyinin düymələrini aşağıdan yuxarıya doğru düymələməyə başlar, yuxarıdan aşağıya doğru isə açmağa başlarmış.

Yatamamışdan qabaq dəstamaz alıb dəstəmazlı yatarmış.

Dırnaqlarını kəsməyə şəhadət barmağından başlarmış.

Dişlərini təmizləmək üçün miskav istifadə edərmiş.

Azan verilən zaman dayanarmış.

Yolda gedərkən başını önə əyərmiş.

Qəbiristanlıqdan keçərkən salam verərmiş.

Dəstəmaz aldıqdan sonra qibləyə çevrilib su içərmiş.

Yemək süfrəsində mütləq sirkə qoydurarmış.

Hər gec yatmamışdan əvvəl əllərini qoşalaşdırıb “İxlas”, “Fələq”, “Nas” surələrini oxuyaraq ovcuna üfləyərmiş. Sonra əllərini başından və üzündən başlayaraq bütün bədəninə sürtərmiş. Rəvayətə görə bunu hər gecə üç dəfə edərmiş.

Yemək yeməyə duzla başlarmış.

Çimib çıxdıqdan sonra ayaqlarını ayrıca yuyarmış.

Su içməyə “bismillah” ilə başlar, “Həmd olsun” ilə bitirərmiş.

Namazda rükuya gedərkən qaməti düppədüz olarmış.

Qəbiristanlıqda 11 dəfə İxlas surəsini oxuyarmış.

Hüzür düşmüş evlərə yemək göndərərmiş.


Rumiyyə
Moderator.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT