Süleymana Peyğəmbərlik bu qabiliyyətinə görə verildi... - MARAQLI

Süleymana Peyğəmbərlik bu qabiliyyətinə görə verildi...
“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!” “Quran”, 27:15

Bir nəfərin qoyunları gecə vaxtı bir əkinçinin tarlasına girmiş və əkinini zay etmişdi. Əkinçi dəyən zərərin ödənilməsi tələbiylə Həzrət Davudun hüzuruna gedib şikayət etdi.

Zərərin qiyməti qoyunların qiymətinə bərabər olduğundan Davud qoyunları alıb əkinçiyə verilməsi barədə hökm verdi.

Bu söhbəti kənardan izləyən Davudun 11 yaşlı oğlu Süleyman yaxınlaşaraq söbətə qarışdı və atasına bildirdi ki, sənin qərarın səhvdir və qoyun sahibinə qarşı haqsızlıqdır. Davud oğlundan soruşdu ki, bəs necə hökm versəydim ədalətli olardı?

Süleyman dedi ki, əkin tarlası əvvəlki halına gəlincəyə (bərpa oluncaya) qədər tarla qoyun sahibinə verilsin;
Tarla bərpa olunana qədər qoyunlar da əkin sahibinə verilsin və bu müddətdə onların ancaq yunundan və südündən istifadə etmək əkinçiyə halal edilsin;
Tarla əvvəlki halına gəldikdən sonra hər kəsin malı özünə qaytarılsın.

Davud Peyğəmbər Süleymanın bu ağlına və zəkasına heyran qaldı və özündən sonra onun varis olması, nübüvvəti davam etdirməsi üçün Allaha dua etdi (halbuki, bu əhvalata qədər böyük oğlunu varislik üçün nəzərdə tutmuşdu).

Bu hadisə Quran-Kərimdə belə zikr olunmaqdadır:

“Davudu və Süleymanı da yad et! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik.
Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm verdik. Biz dağları və quşları Davudla birlikdə Allahı təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.

Biz (Davuda) sizi düşmənlə vuruşda qorumaq üçün zireh toxumaq sənətini öyrətdik. Artıq şükür edərmisiniz?
… Şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!” “Peyğəmbərlər” surəsi, 78-81-ci ayələr.

Tarixi mənbələrdən məlumdur ki, Məscidi-Əqsanın tikilməsi də Süleyman Peyğəmbərin hakimiyyəti dövründə baş tutdu. Bu ibadət ocağının tikilməsinin də maraqlı tarixçəsi vardır. Belə ki, Davud Peyğəmbərin hakimiyyəti dövründə Bəni-İsrail tayfası (yəhudilərin) arasında taun xəstəliyi yayıldı. Çox insan tələf oldu. Həzrəti Davud Bəni-İsrailin sağ qalanlarını başına toplayıb, birlikdə indiki Məscidi-Əqsanın yerinə gəldilər (onda hələ tikilməmişdi). Allaha dua edib, taun bəlasının üstlərindən götürülməsini dilədilər. Duaları müstəcəb oldu və həmin gündən xəstəlik bir daha baş vermədi.

Allah-təalanın bu mərhəməti müqabilində Davud Bəni-İsrail alimləri ilə məsləhətləşərək dualarının qəbul olduğu həmin yerdə bir məbəd binası inşa etməyə qərar verdi. Bu niyyətlə Həzrət Davud tikintiyə lazım olacaq materialları illərlə tədarük etdi. Lakin, ona vəhy olundu ki, ziyarətgahın tikintisi oğlun Süleymana nəsib olacaq.

Beləliklə, çox keçmədi ki, Davud hakimiyyətinin 40-cı ili dünyasını dəyişdi. Həmin vaxt Həzrət Musanın vəfatından 500 il keçirdi. Oğlu Süleyman hakimiyyətə gələrək, atasının vəsiyyətinə uyğun olaraq Məscidi-Əqsanın (Beytul-Müqəddəsin) tikintisinə başladı.

Hakimiyyətinin dördüncü ilində tikintiyə başlayan Süleyman Peyğəmbər bu məbədi yeddi ilə tamamladı. Məscidin daxili divarları və tavanı xalis qızıla tutulub. Digər avadanlıqları da qızıl və gümüşdən hazırlandı.
Bundan sonra Musa əleyhissəlamın inşa etdiyi qübbəni və Tabuti-Səkinəni də həmin məbədə gətirdilər.
“Quran”ın “Gecə vaxtı seyr” (17) surəsinin birinci ayəsində zikr olunduğuna görə Məhəmməd əleyhissəlam Meerac vaxtı bu ibadətgahı (Məscidi-Əqsanı) da ziyarət etmişdir. (moderator.az)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə
Tramp yeni miqrasiya fərmanı vəd edib
Tramp yeni miqrasiya fərmanı vəd edib
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, gələn həftə ölkənin müdafiəsinə
Abşeronda göl daşıb, evləri su basıb
Abşeronda göl daşıb, evləri su basıb
XİA.az-ın verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində
reklam
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistanın xarici işlər
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
 
XİA.az - TƏQDİMAT