YARADANIN YARATDIĞI YARADICILIQ

YARADANIN YARATDIĞI YARADICILIQ

Allah-təala, yerin, göyü, torpağı, suyu, havanı yaradandan sonra insanı xəlq etdi. İnsan övladına min bir naz-nemət bəxş edən Ulu Tanrının bəşəriyyətə ən böyük töhvəsi söz oldu. Söz insana hisslərini, həyəcanını, sevincini, kədərini bildirmək üçün lazım olan ən gözəl vasitədir. Söz insanın ruhunun qıdasıdır. Hər bir adi görünən sözlərdən ilahi sənət adamları əsərlər yaradıblar. İnsanların mənəviyyatın gözəlləşdirməyə çalışan şairlər və yazıçılar da sözün əsl mənasında yaradandırlar. Bir neçə sözün birləşməsindən yaranan sənət əsəri yaratmaq üçün ən azı Allahın sevimlisi olmaq gərəkdir. Ulu yaradan sözü yaradıb insanlara bəxş etməklə, həmdə minlərlə yaradıcı insanların yaranmasının təməlini qoydu.
Hər bir insan dünyaya göz açarkən üzərinə düşən müəyyən missiyanı yerinə yetirmək üçün gəlir. Həmin insanların içərisində elələri olur ki, öz fəaliyyəti ilə, gördüyü işlərin miqyası ilə tarixin yaddaşında qalır. Zaman və məkan dəyişsə də onların əməlləri nəsillərdən nəsillərə, əsrlərdən əsrlərə örnək olaraq nümunə gətirilir və xoş xatirələrlə yad olunur, sonralar isə bu işlər öz həqiqi dəyərini və qiymətini alır. Bəzi insanlar öz zamanlarında da qiymətlərini alırlar. Yaşadığı dövrdə əməlləri ilə əfsanələşən, fəaliyyəti ilə xalqın və dövlətin rəğbətini qazanan insanlardan olurlar. Amma danılmaz faktlardan biridə odur ki, əksər hallarda bu dünyadan köç edəndən sonra qiymətini alan müxtəlif sahələrin insanlarıda az olmayıb. Biz yaradıcı insanlarınsa üzərinə həmişə qələmi ilə qurub yaratmaq düşür.
Ömür bir karvan yoludur. Bu yolun başlanğıcı ana qucağından başlayır, geniş dünyaya üz tutaraq insanı sınaqlardan, süzgəcdən keçirir. Sevindirir, kədərləndirir, onun ömür payını zəngiləşdirir və mürəkkəbləşdirir. Belə ömür yolunu yaşayan elə insanlar var ki, onlar yalnız öz əməlləri, işləri ilə həyatda yol açır, özündən sonra yadda qalan izlər buraxır. Bu insanların fikri, amalı yalnız peşəsini sevmək, sevdirmək və sevilməyi bacarmaqdır. Bu keyfiyyətləri özündə cəmləşdirən, bir insan tanıdım. O, Murat Ərturandır.
Onunla şəxsi tanışlığımızın tarixi çox da qədim deyil , lakin ilk görüşümüzdən sonra məndə belə bir təsəvvür yarandı ki, onu illərdi tanıyıram. Bu da onun ünsiyyətçiliyindən, dəqiqliyindən, işgüzarlığından irəli gəlir. Doğrudur, şəxsi tanışlığımızdan əvvəl qiyabi də olsa onun hüquq sahəsində göstərdiyi nəticələrdən xəbərim vardı, hətta ədəbiyyat sahəsindəki fəaliyyətindən də xəbərdar idim. Sosial şəbəkədə tez-tez rastlaşdığım bir imzanın şeirləri həmişə məni düşündürürdü, daha doğrusu elə anlar olurdu ki, onun misraları məni düşünməyə vadar edirdi. Beləliklə məni düşünməyə vadar edən insanla görüşmək qərarımı verdim və onun zəngin düşüncələrini, fikirlərini mənimlə bölüşməsin istədim. Həmişə istedadlı insanların axtarışında olmuşam. İstedadlı insanlar haqqında yazanda işimdən zövq almışam, peşəmin aliliyinə vurulmuşam. Murat Qoca Ərturan imzası da artıq öz sözünü deyib və öz şeirləri ilə artıq yetərincə oxucu kütləsi qazanıb. Murat Ərturanın imzasını sevən oxucuları artıq ondan kitab istəyirlər. Saysız hesabsız şeirlərini onu sevən oxucularına təqdim etmək üçün artıq Murat Ərturan qətiyyətlə onları sevindirəcəyinə söz verir. Onun yaradıcılığını izləyən oxuculardan biridə mənəm. Ona ünvanladığımız ilk sualımız belə oldu.
Hüquqşunas olarkən poseziyaya necə gəldiniz, bu arzu istək haradan qaynaqlandı?
Onun dediklərindən: mən hüquqşünas olmaq arzusunda olmamışam, atamın arzusunu nəzərə alaraq bu sahəni seçdim. Amma uşaqlıqdan Nüsrət Kəsəmənlinin yaradıcılığını izləmişəm, ondan qidalanmışam, poeziyanı onun şeirləri sayəsində sevmişəm. Uşaqlıqdan şeir yazsamda heç bir zaman onları bir kimsəyə göstərmədim. 2007-ci ildə mənim ofisimdə yanğın baş verdi və mənim gənclik illərindən o günə kimi yazdığım əlyazma və elektron versiyasında olan şeirlərim kompyuterdə yanaraq kül oldu və mən bir il depressiya vəziyyətində oldum. Uzun müddət aldığım sarsıntıdan özümü toparlaya bilmədim. Çox təssüf hissi keçirdirdim hətta özümü qınayırdım ki, mən vaxtında şeirlərimin kitab şəklinə salaraq oxucularıma təqdim etmiş olsaydım mən təssüf hissi ilə yaşamazdım. Hər bir poeziya sevər insan, hər bir yaş dövrünə məxsus şeirlər qələmə alır, mənimdə gəncliyimdə məhəbbət çılğınlığı ilə yazdığım şeirlərim yanmasaydı bu gün faydalı olaraq gənc nəslə çatardı. İndi isə artıq tamam başqa səpgidə, başqa düşüncədə yazıram hər yaş dövrünün öz istəyləri, arzuları olduğu kimi, yaradıcı insanında hər yaş dövründə yazacağı şeri, əsəri fərqli olur. İndi daha çox düşündürücü mövzulara üstünlük verirəm. Yeni misra, yeni sözlə oxucularımın qarşısına çıxmaq istəyirəm. Ən çox şeirlərimi payız ayında yazıram. Payız ayında düşən hər bir yarpaq mənə insan talehini xatırladır. Payız ayı mənə bitəcək olan insan ömrünü xatırladır, tək insan ömrü deməzdim eyni zamanda bitə biləcək münasibətlər, ayrılıqlar haqqında düşündürür. Nədənsə payız ayları çox kövrək, duyğusal oluram. Keçmişdə olan xatirələr məni daha çox incidir və içimdə bir qorxu yaranır sanki, o insanları bir daha görməyəcəyim kimi bir hisslər yaşayıram. İnanın ki, artıq mən bundan sonra gələcək sabahımı deyil, keçmişdə qalan dünənimi istəyirəm. Keçmişdə şirinli-acılı xatirələr var. Geri dönərkən uşaqlığımı, məktəb illərini, Türkiyədə təhsil aldığım illəri xatırlayıram. Mənim üçün keçmişimdən hər bir gün, hər bir dəqiqə çox dəyərlidir. Çünki ilk şerimi də 14 yaşında orta məktəbdə oxuyarkən çox gözəl olan bir qızın gözəlliyin vəsf edərək yazdığımı, hətta bunuda vurğulaya bilərəm ki, o hiss məhəbbət olmayıb sadəcə 14 yaşlı bir yeniyetmə oğlanın, gözəlliyi ilə çoxlarından seçilən bir məktəbli qıza həsr edərək vəsfi etdiyi bir şeir olmuşdur.
Beləcə Murat Qoca Ərturan onu da bildirdi ki, hal-hazırda elə mövzular var ki, o haqda hələ yazmayıb. İndi üzərində işlədiyi bir neçə roman olduğunu və tezliklə “Qəm yağışı” şeirlər kitabını oxucularının ixtiyarına verəcəyini bildirdi.
Bizim isə üzərimizə düşən Murat Ərturana ilk öncə can sağlığı və yaradıcılıq uğurları arzulamaqdır. Murat Ərturanın yaradıcılığından “ Səndən sonra” şerini oxucularına ərməğan edirik.
Səndən sonra...

Çıxıb getdin.
Soruşdunmu həyatımda oldu nələr?
Çıxıb getdin.
Qaldı mənə sənlə bağlı xatirələr.
Qəlbindən qəlbimə saldığın körpü,
Getdiyin o gündən uçdu dağıldı.
Sevgidən mən sənə saraylar hördüm.
Qurduğum hər xəyal demə nağıldı.
Kim qarğadı, kimin ahu tutdu bizi?
Mən günaham, yoxsa sənmi günah etdin?
Kim uçurdu, yıxdı bizim evimizi?
Kim aldatdı səni gülüm, həyatımdan cıxıb getdin?
Düşünürəm, səni niyə xəyalımdan atammıram?
Təzələnib yenə yaram, gecə keçir yatammıram.
Bəlkə səndə yatmamısan. Günahların üzür səni.
Bəlkə sənə məzar olub, sevişdiyin o yataqda.
Xatırlayıb ağlayırsan, için –için hər gecəni.
Qisas alır əvəzimə, küsüb səndən lal otaq da.
Görüş yeri yadındamı, indi ora məzar olub.
Diri-diri basdırmışam, sevgimizi o məzara.
Sən gedəndən görən neçə bahar olub?
İllərimi unutmuşam mən biçarə, bəxti qara.
Hər gün gözlədiyin o yerlərə payız gəlib.
Sevgimizə şahid olan ağaclarda qan ağlayır.
Nakam qalan sevgimizi elə ora basırmışam.
Sənin üçün, mənim üçün təbiətdə yas saxlayır.
Heç bilmirsən bu həyatda yoxam, varam.
Sənin uçun bəlkə heç vaxt bu həyatda olmamışam.
Sevmək haram, gülmək haram.
Qan ağlayır, qaysaqlamır könül yaram.
Sən özgəni, mənsə səni tək özümə yar sanmışam.
Taleyimdə tufan qopdu, boran oldu.
Sənin isə rahat evin, bir ailən, isti yuvan.
Sən xoşbəxtsən, daha mənə olan oldu.
Rahatlıqda verməz sənə, tikan olub yumşaq divan.
Hər gün sənlə görüşərdik, iki dəli aşiq kimi.
Əllərimiz hörümçək tək sarılardı bir-birinə.
Tək-tənha qalmışam, sənsizəm bir yazıq kimi.
Matəm tutum, qan ağlayım daha bu bəxtsiz gəlinə.
Görüş yeri yadındamı, indi ora məzar olub.
Diri-diri basdırmışam, sevgimizi o məzara.
Sən gedəndən görən neçə bahar olub?
İllərimi unutmuşam mən biçarə, bəxti qara.
Tək-tənhayam yatağımda, yerim isə çox soyuqdur.
Sənin isə yerin isti, yatağını isidən var.
Varlığımdan xəbərin yox, budur indi vəfan sənin.
Unutmusan sən özünü, çünki xoşbəxt ailən var.
Sənlə bağlı nəyim varsa, indi onu toz basıbdır.
Pəncərəmdə sən əkdiyin o güllərdə saralıbdır.
Asılardıq telefonda sübhə qədər danışardıq.
Telefonda küsüb səndən, sözü yoxdu susub artıq.
Heç bilmirsən mən ölmüşəm, bu həyatda yoxam, varam.
Düşündükcə səni gülüm, təzələnir könül yaram.
İllər keçir. Taleyimlə barışmışam.
Arzularım puç olubdur, yaşamağın nə mənası.
Sənin üçün ayaqdayam, ölməməyə çalışmışam.
Həsrətinin açısı ilə yaşamağın nə mənası.
Heç bilmirsən mən ölmüşəm, bu həyatda yoxam, varam.
Düşündükcə səni gülüm, təzələnir könül yaram.
Qoy kar olum, qoy kor olum. Yaddaşımı itirim mən.
Ölüb gedim.... Hekayəni bu sonluqla bitirim mən.....

QƏM YAĞIŞI.

Qəlbim qan ağlayır, göynəyir yeri.
Qoparıb yaramı məlhəm olmadın.
Sən məni tərk edib gedəndən bəri.
Ruhumu öldürdün, aman vermədin.
Həsrətin çəkdikcə sevdalı könlüm.
Ölməz ümüdlərim sənsiz qalsa da.
Arxamca boylanıb ağlama gülüm.
Həsrətdən yarpağın xəzan olsa da.
Elə kövrəlmişəm, elə dolmuşam.
Bəhanə gəzirəm ağlamaq üçün.
Bu fane dünyada sənsiz olmuşam.
Bir səbəb de mənə saxlamaq üçün.
Dünya vəfasızdır, biz ona qonaq.
Bir gün biz gəlmişik, bir gün gedərik.
Dəli bir sevdayla sevsəkdə ancaq.
Qovuşa bilmədən ölüb gedərik.
Uğursuz bəxtimə göylər ağlayır.
Məndən üz döndərib tale naxışı.
Ölmüş bir sevgiyə matəm saxlayır.
Soldurdu gülümü bu QƏM YAĞIŞI...

Almaz İLAHƏ ƏHMƏDOVA

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq?
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı
Bu isə Şimali Koreyanı narahat edir. Şimali Koreya ətrafında keçirilən
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
3 övlad anası Vüsalə Seyidova yoldaşı Samir Seyidovun özünü asaraq
Bu axşam hər kəsin işığı sönəcək
Bu axşam hər kəsin işığı sönəcək - SƏBƏB BƏLLİDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti davamlı olaraq iqtisadi və ekoloji
reklam
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq
Ərdoğan:
Ərdoğan: - "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"
"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya
Avroparlamentin rəhbəri:
Avroparlamentin rəhbəri: - "Avropa İttifaqı qeyri-effektivdir və həddən artıq bürokratikləşib"
"Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət
 
XİA.az - TƏQDİMAT