“Yasin” surəsinin fəzilətləri...

“Yasin” surəsinin fəzilətləri...
Çoxumuzun “Yasin” surəsinin fəzilətlərindən xəbərləri yoxdur. Ona görə də çətinliklərimiz, qəm və qüssələrimiz aradan getmir.
Əgər Hz. Peyğəmbər (s)ın və Məsum İmam (ə)ların onunla bağlı tövsiyələrinə diqqət etsək, görərik ki, “Yasin” surəsinin məqamı biz düşündüyümüzdən də ucadır. Əgər kimsə o fəzilətlərlə tanış olsa, ondan kamil şəkidə faydalana bilər.
Bəli, Məsumlarımız (ə) onu Quranın qəlbi adlandırıblar. Qəlb elə bir üzvdür ki, insanın yaradılışının ilk əvvəlindən var olub, ölənə qədər ona həyat verir, ruh və can onsuz bir heçdir. Bu, qəlbdir ki, insana haqqı tanıdır və batildən uzaqlaşdırır.
Bu, qəlbdir ki, Allahın müqəddəs hərəmi hesab olunur. Ona görə də Allahdan savayı heç kəsin haqqı yoxdur ki, ora daxil olsun.
Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Xorasani öz şagirdlərinə tövsiyə edərdi ki, "Hər gecə yatmazdan əvvəl “Yasin” surəsini oxusunlar. Onu başlayan və bitirən zaman 14 dəfə salavat desinlər. Şübhəsiz ki, bu 14 salavatın da öz sirləri vardır. Arif deyir ki, mən həyatda nəyə nail olmuşamsa, hamısı bu mübarək surənin bərəkətinə görədir". (Erfan)
Ürfan elmində “Yasin” surəsi suluk (kamillik) yolu üçün bir pilləkən hesab olunur ki, arif bu pilləkən sayəsində ən ali mənəvi məqamlara çatır.
Ona görə də din alimləri bu surə ilə yaxın olmuş və öz şagirdlərinə də onu qiraət etmələrini göstəriş vermişdilər.
Hz. Peyğəmbər (s): “Hər kim “Yasin” surəsini qiraət edər, ona bənzəyir ki, Quranı on dəfə xətm etmişdir”.
İmam Sadiq (ə): “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi “Yasin” surəsidir. Hər kim yatmazdan əvvəl və ya gün ərzində onu oxuyarsa, həmin gündə qorunar və ruzi yeyər”.
Hz. Peyğəmbər (s) Əli (ə)a buyurur: “Ey Əli! “Yasini” oxu ki, onda 10 təsir vardır: hər kim onu oxuyar, əgər ac olarsa - doyar, əgər susuz olarsa - sirab olar, əgər paltarsız olarsa - geyinmiş olar, əgər subay olarsa - evlənər, əgər qorxan olarsa - əmin-amanlıqda olar, əgər xəstə olarsa - sağalar, əgər zindanda olarsa - nicat tapar, əgər müsafir olarsa - səfərdə yardım edilər. Meyitin yanında oxunarsa, Allah ona asanlıq edər. Əgər itmişi (əşyası) olarsa, itirmişini tapar”.
İmam Baqir (ə): “Hər kim ömründə bir dəfə “Yasin” surəsini oxuyarsa, Allah dünyada, axirətdə və səmada xəlq olmuşların sayı qədər ona iki min həsənə yazar və iki min günahını pak edər. Yoxsulluğa, maddi ziyana, avara qalmağa, çarəsizliyə, dəliliyə, cüzama, vəsvəsəyə və ziyanlı xəstəliklərə düçar olmaz”.
İmam Sadiq (ə): “”Yasin” surəsini övladlarınıza öyrədin, çünki o, Quranın xoş ətirli gülüdür”...

Tahir Abbaslı

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə
Tramp yeni miqrasiya fərmanı vəd edib
Tramp yeni miqrasiya fərmanı vəd edib
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, gələn həftə ölkənin müdafiəsinə
Abşeronda göl daşıb, evləri su basıb
Abşeronda göl daşıb, evləri su basıb
XİA.az-ın verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində
reklam
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistanın xarici işlər
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
 
XİA.az - TƏQDİMAT