Rus ideoloqdan sensasiya: - Xamenei Tehrandan qaçdı - Video

Rus ideoloqdan sensasiya:
İranın Ali dini lideri Əli Xameneinin Tehranı tərk etməsi barədə təsdiqlənməmiş informasiyalar yayılmaqdadır.

Axar.az xəbər verir ki, informasiya sosial şəbəkələrdə paylaşılıb. Xameneinin etiraz aksiyalarının şiddətlənməsindən sonra Tehranı tərk etdiyi bildirilib.

Rusiyalı ekspert Anatoli Nesmiyan da öz Feysbuk səhifəsində bu informasiyanı paylaşıb. O, həmçinin, Qasım Süleymaninin artıq İrana qayıtdığını bildirib:

“İranda etirazçılarla hələlik “Bəsic” və İran İslam İnqilabı Keşikçiləri Korpusu üz-üzə gəlir. Artıq Qasım Süleymani də İrana gəlib. Ordu etirazçılara atəş açmaqdan imtina edir. Şayiələrə görə, Xamenei Tehranı tərk edib. Əgər hadisələr belə davam etsə, yaxın günlərdə tam şəkildə destabilizasiya yarana bilər”, – deyə o bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb. Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilib, Xameneinin istefaya getməsi istənilib. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

SEPAH-ın məşhur generallarından olan Qasım Süleymanı daha çox xarici əməliyyatlarda iştirak edir. Q.Süleymaninin şəxsi nüfuzuna görə xalqa və orduya təsir edə biləcəyi üçün təcili İrana qayıtdığı qeyd edilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT