Şimali Koreyanın Tokçxon şəhərinə ballistik raket düşüb.
XİA.az xəbər verir ki, bu barədə "The Diplomat" qəzeti ABŞ hökumətindəki mənbəyə istinadən yazıb. Mənbə bildirib ki, hadisə 2017-ci ilin aprelin 29-da qeydə alınıb.
Şəhərə düşən raket "Hvanson-12" olub. İnsident uğurlu olmayan sınağın nəticəsində baş verib.
Raketin düşdüyü şəhərin əhalisi 237 min nəfərdir. Hadisə nəticəsində sənayə müəssisələrinə, kənd təsərrüfatı obyektlərinə ciddi ziyan vurub
Xəzər
Cebhe.info