Rusiyanın hərbi bazasına hücum: - Yeddi təyyarə məhv edildi

Rusiyanın hərbi bazasına hücum:
Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın “Hmeymim” aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb.

XİA.az xəbər verir ki, Rusiyanın “Kommersant” qəzetinin hərbi-diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, minaatanlardan edilmiş hücum nəticəsində Rusiya ordusuna aid 4 ədəd Su-24 bombardmançısı, 2 ədəd müxtəlif təyinatlı Su-35C qırıcısı və bir ədəd An-72 hərbi-yük gəmisi məhv edilib.

Döyüşçülərin atdığı mərmilərdən biri bazadakı silah-sursat anbarını dağıdıb. Ondan çox hərbi qulluqçunun yaralandığı güman edilir. Məqalədə yaralılar arasında Rusiya vətəndaşlarının olub-olmadığı göstərilmir. Rusiya Müdafiə Nazirliyi yayılan xəbəri şərh etməyib. “Lenta.ru” saytının hərbi mənbələri təyyarələrin partladılması, hərbçilərin yaralanması ilə bağlı informasiyanı təsdiq edə bilməyib.

Terrorçu qruplaşmaların fəaliyyətinin monitorinqi (müşahidəsi) ilə məşğul olan “Directorate 4” kanalı, dekabrın 31-dən yanvarın 3-nə kimi olan müddətdə Suriyada olan heç bir qruplaşmanın Rusiya hava bazasına hücum həyata keçirməsi ilə bağlı bəyanat yaymadığını bildirir. Kanalın yaydığı xəbərə görə dekabrın sonunda döyüşçülər hava bazasına hücum etsələr də, buraxılan raket “Pansır-C1” tipli zenit-raket kompleksləri ilə havada zərərsizləşdirilib.

“İddia olunan hücumun baş verib-vermədiyini müəyyənləşdirmək üçün onun peyk görüntüləri olmalıdır. Təcrübə onu göstərir ki, qərb xəbər agentlikləri belə görüntülər olduqda, onları ani şəkildə yayır”, - deyə “Directorate 4” müəllifi məqalədə qeyd edir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - CANLI YAYIM
Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər - SİYAHI
Dövlət komitələrinə gəlincə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir?
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir? - Ekspertlərdən fərqli yanaşmalar
Ermənistanda Sej Sərkisyanın baş nazir olmasına qarşı aprelin 13-dən
reklam
MTN generallarına hökm oxunur
MTN generallarına hökm oxunur - Sübahir Qurbanova 14 il cəza
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
 
XİA.az - TƏQDİMAT