KİV: - Şimali Koreya öz şəhərini bombaladı

KİV:
KİV: ŞİMALİ KOREYANIN RAKETLƏRİNDƏN BİRİ ŞƏHƏRƏ DÜŞDÜ

Şimali Koreyanın Pxenyan-Namdo əyalətində ordunun apardığı uğursuz raket sınağı nəticəsində raketlərdən biri Tokçhon şəhərinə düşüb.

XİA.az xəbər verir ki, bu barədə “The Diplomat” ABŞ hökumətində KXDR-nin raket proqramının monitorinqini aparan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, insident aprelin 28-də baş verib. Sunçhonun şəhərinin kənarından buraxılan “Hvason-12” ballistik raketi 70 km yüksəkliyə qalxıb, bir müddət sonra isə şəhərə düşərək, bir sıra sənaye və kənd təsərrüfatı obyektlərinə ciddi ziyan vurub.

Dərgi sübut olaraq bir neçə fakt göstərib. Məsələn, iyul ayında KXDR-də “Hvason-14” ballistik raketinin ilk uğurlu buraxılışına həsr olunmuş konsert keçirilib. Həmin konsertdə ölkənin Kim İr Senin hakimiyyət illərindən başlayan raket proqramının tarixi - videoicmalı nümayiş olunub.

Videoçarxda “Hvason-12” raket buraxılışının KXDR lideri Kim Çen Inın iştirakı ili keçirilən hər 3 təftişindən təsvirlər təqdim olunub. “The Diplomat” qeyd edir ki, hər üç buraxılış uğurlu olsaydı, ölkənin rəsmi “təbliğat maşını” mütləq onlar barədə danışardı.
KİV:


Bundan başqa, dərgi “Google Earth” xidmətindən çəkilmiş peyk təsvirini yayıb. Həmin təsvirdə dağılmış tikililəri görmək mümkündür. Peyk fotoçəkilişinin təxmini müddəti 26-29 aprel göstərilib.

Məhz həmin tarixdə Şimali Koreyanın növbəti ballistik raket sınağı iflasa uğramışdı.

“Hvason-12” maye halında olan, özüalışan yanacaqla işləyir, düşdüyü ərazidə güclü partlayışa və böyük dağıntılara səbəb ola bilir. Dərgiyə görə, raketin düşdüyü məkanın coğrafi xüsusiyyətlərinə əsasən, həmin ərazidə insan itkisi olmaya da bilər; bu məlumatları dəqiqləşdirmək mümkün deyil. Ancaq raketin trayektoriyasında cüzi dəyişiklik ağır fəsadlara yol aça bilərdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT