İran kəşfiyyatı: - Terrorçu qruplaşma darmadağın edilib

İran kəşfiyyatı:
İranın Kəşfiyyat Nazirliyi cümə axşamı ölkədə işğtişaşları təhrik etməyə çalışan terrorçu qruplaşmanın darmadağın edilməsi, üzvlərinin isə təhlükəsizlik qüvvələri ilə toqquşmalardan sonra həbs olunması barədə məlumat yayıb.

“Silahlı qruplaşma ölkədə başlayan iğtişaşları dəstəkləmək üçün partlayışlar törətmək və günahsız insanları öldürmək məqsədilə İrana girib”, - deyə nazirliyin bəyanatında bildirilir.

XİA.az-ın oxu.az-a istinadən xəbərinə görə, bəyanatda qeyd olunur ki, terrorçular Qərbi Azərbaycan ostanının cənub-qərbində yerləşən Piranşəhr şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşmada hüquq-mühafizə orqanlarının üç əməkdaşını öldürüblər.

Əməliyyat zamanı bir terrorçu öldürülüb, digər qruplaşma üzvləri isə toqquşma nəticəsində yaralanıblar.

Məlumata görə, əməliyyat zamanı silahlar, o cümlədən Kalaşnikov avtomatları, əl qumbaraları, hərbi forma və iğtişaşları təhrik etməklə bağlı təlimatlar aşkarlanıb.

Bəyanatda deyilir ki, bundan əvvəl İranın qərbində daha üç terrorçu qruplaşma aşkarlanaraq, darmadağın edilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT