Tramp dünyanın ən nəhəng büdcəsini təqdim etdi

Tramp dünyanın ən nəhəng büdcəsini təqdim etdi
ABŞ prezidenti seçkiqabağı bütün vədlərindən imtina edib; Silah firmaları, nüvə proqramları yüzlərlə milyardlıq yardım alacaq; kasıblara isə ABŞ ölçüləri ilə qəpik-quruş düşür

ABŞ prezidenti Donald Tramp dünyanın ən böyük büdcə layihəsini, yəni ölkəsinin 2019-cu ildəki əsas maliyyə planlamasını ictimaiyyətə açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin rəhbəri büdcə vəsaitlərini 4,4 trilyon dollara qədər artırmağı təklif edib ki, bu da onun seçkiqabağı vədini pozması deməkdir.

Pentaqonun onsuz da heç bir ölkə ilə müqayisəyə gəlməyən xərcləri 13% artırılıb və 686 milyard dollara çatdırılıb. Sənəddə Ukraynanın “suverenliyini möhkəmləndirilməsi üçün” 250 milyon, “Avropanın təhlükəsiziyini təmin olunmasından və Rusiyanı durdurmaqdan ötrü” 6,3 milyard dollar vəsait ayrılması nəzərdə tutulub.

Büdcə layihəsində Rusiya və Çinlə uzun müddətli strateji rəqabətin Pentaqon üçün prioritet mövzulardadan birinə çevriləcəyi xüsusi vurğulanıb.

Amerikalıların özünə 4,4 trilyon dollardan nə qədər pay çatacağı da dəqiq göstərilib. Büdcə əvvəlkilərdən daha böyük kəsirə malikdir. Üstəlik, ABŞ prezidenti 2019-cu ildə dövlət xəzinəsində yaranan 984 milyard dollarlıq kəsiri doldurmalıdır. Yerli gəlmişkən, keçən il bu rəqəm 666 milyard dollar təşkil edirdi. Özü də Tramp bütün siyasətini varlılara yönəlik vergilərin azaldılması üzərində qurub. Bu isə büdcə üçün 2018-2027 ci illərdə tam 3,7 trilyon dollarlıq itki demək olacaq.

150 səhifəlik sənəddə ABŞ prezidenti qanunverici orqandan infrastruktur və hərbi layihələrə xərcləri artırmağı xahiş edir. Belə ki, təxminən 200 milyard dolların yolların, körpülərin və hava limanlarının tikintisinə sərf ediləcəyi gözlənlilr. Bundan başqa, ştatların hökumətlərindən və özəl sərmayə şirkətlərindən də 1,3 trilyon dollar pul cəlb olunması planlaşdırlır. Meksika ilə tikiləcək divarın xərci (1,6 milyard dollar) ayrıca maddəyə salınıb. Hərçənd Tramp divarı Meksika hökumətnin hesabına inşa etdirəcəyini deyirdi.

Yuxarıda qeyd edildiyi kimi, hərbi büdcə keçən ilə nisbətən tam 80 milyard dollar artırılıb. Sənəddə ABŞ-ın Suriya, İraq və Əfqanıstanda hərbi əmliyyatlarınını sürdürücəyi xüsusi vurğulanıb.

Ağ Ev nüvə silahlarının modernləşdirilməsi üçün xərcdən çəkinməyəcəyini nümayiş etdirmək istəyir. Bu məqsədlə büdcədə 24 milyard dollarlıq vəsaitdən bəhs eilir. “Biz tamamilə yeni nüvə arsenalı yaradacağıq. Çünki buna artıq məcbur buraxılmışıq. Başqalarının bu işlə bağlı fəaliyyəti bizi belə tədbirlərə vadar edib. Onlar nə zaman bundan vaz keçsələr, biz də eyni addımı atarıq”, -Tramp həmin rəqiblərin kim olduğunu açıqlamadan bəyan edib.

Yeri gəlmişkən, ABŞ-ın əzəli düşməni Rusiya da sənəddə yaddan çıxmayıb. Kremlin qara təbliğat vasitələrinə qarşı mübarizə aparılması məsədilə 661 milyon dollar pul ayırlması qətiləşdirilib.

Büdcədən ən böyük zərbəni şübhəsiz kosmos elmi alacaq. Belə ki, Tramp 2025-ci ildən sonra Beynəlxalq Kosmik Stansiyanın maliyyələşdirilməsini dayandırmaq fikrindədir.

Trampın sosial xərclərə ikrahla yanaşması ayrılan vəsaitlərdən görünür. Məsələn, çoxtərəfli yardım proqramlarına verilən qrantlardan 64 milyon dollar kəsiləcək (1,4 mlyard dollar.) Bundan əlavə, Dövlət Departamenti vasitəsilə başqa ölkələrə ikitərəfli iqtisadi yardımlar da azaldılacaq və 17 milyard dollar təşkil edicək. Beynəlxalq inkişaf agenltiyinə isə (kasıb ölkələrə yardımla məşğuldur-red.) 1,4 milyard dollar verilməsi planlaşdırılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Yay turizm mövsümünün başlanması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Məlumata əsasən, neft Türkiyənin cənub-şərqindəki Mardin, Şırnak və Bitlis
reklam
DİM sədri:
DİM sədri: - Abituriyentlərin intihar etməsi bizə aid məsələ deyil
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə
Nazarbayev:
Nazarbayev: - Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycanla Qazaxıstan
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, uzun müddət
 
XİA.az - TƏQDİMAT